Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

"Beynəlxalq kommersiya arbitrajında müştərilərin təmsil edilməsi" mövzusunda təlim keçirilmişdir

18 iyul 2023    1220 share share

12-14 iyul 2023-cü tarixlərində “Fairmont Baku” mehmanxanasında ABŞ-nın Kommersiya Departamentinin “Kommersiya hüququnun inkişafı proqramı” ilə (CLDP) Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əməkdaşlığı çərçivəsində Vəkillər Kollegiyasının və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri üçün beynəlxalq arbitraj hüququna dair 3-günlük praktiki təlim keçirilmişdir.
 
Tədbirdə açılış nitqi ilə çıxış edən AR Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər kəsi salamlamış, arbitrajın ölkənin kommersiya sahəsi üçün əhəmiyyətini qeyd etmiş, Kollegiya tərəfindən son dövrlərdə bu sahədə aparılan işlər, təşkil olunan tədbirlər, həmçinin Kollegiyanın Biznes Hüququ Komitəsinin fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. O, "Beynəlxalq kommersiya arbitrajında müştərilərin təmsil edilməsi" mövzusunda keçirilən təlimin VK ilə CLDP-nin əməkdaşlıq çərçivəsində təşkil etdiyimiz ilk təşkil tədbir olduğunu vurğulamışdır. A.Bağırov CLDP ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edərək bildirmişdir ki, məhz ilk tədbirin belə bir əhəmiyyətli mövzuya həsr olunması, eyni zamanda təlimdə iştirak edən şəxslərin böyük bir qisminin vəkil olması çox sevindirici haldır. O, həmçinin CLDP-yə tədbirin təşkilində göstərdikləri dəstəyə görə təşəkkür etmişdir.
 
Sonra çıxış edən Amerika səfirliyinin əməkdaşı, missiya rəhbərinin müavini vəzifəsini icra edən Endryu Berdi tədbir iştirakçılarına uğurlar arzulamışdı. O, özəl sektorda mübahisələrin alternativ həll yollarının əhəmiyyətini qeyd etmiş və bu sahədə arbitrajın mühüm rola malik olduğunu bildirmişdir.
 
Tədbirdə daha sonra çıxış edən CLDP-nin baş məsləhətçisi Stiv Qardner Vəkillər Kollegiyası və Kollegiyanın Biznes Hüququ Komitəsinə təşəkkür etmişdir. O, arbitrajın biznes mühitinə müsbət təsirini vurğulamış, arbitrajla tərəflərin vaxta qənaət etdiyini bildirmişdir. S.Qardner eyni zamanda təlimçilər Patrisiya Şonessi və Ruslan Mirzəyev barədə məlumat vermişdir. Sonda tədbirin işinə uğurlar arzulamışdır.
 
Bildirmək istərdik ki, 12-14 iyul tarixlərində keçirilən təlimdə iştirakçılara biznes mühitində mübahisələrin alternativ həlli yolları, arbitraj prosesinin bütün mərhələləri, arbitraj qərarlarının tanınması və icrası ilə bağlı nəzəri və praktiki bilgilər tədris olunmuşdur. 3 günlük tədbirdə 45-dən çox vəkil iştirak etmişdir.
 
Tədbirin sonunda təlimi uğurla bitirimiş iştirakçılara sertifikatlar təqdim edilmişdir.