Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov Yüksəlişin müsabiqəsinin qalibi oldu

19 iyul 2023    2388 share share

Qürur hissi ilə bildiririk ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov Yüksəliş müsabiqəsinin qalibi oldu!
 
13 474 namizədin qatıldığı bu müsabiqə 5 müxtəlif mərhələdən ibarətdir və bu mərhələlərin hər birini uğurla keçən 22 nəfər qalib ola bilib.

Xüsusilə qeyd olunmalıdır ki, qaliblər arasında yeganə hüquqşünas Bayram Orucovdur.
 
O, həmçinin, “sosial məsuliyyət” kompetensiyası üzrə ən yüksək göstəriciyə malik iştirakçı seçilib.
 
Bu qalibiyyət münasibətilə Bayram Orucovu təbrik edir və fəaliyyətində hər zaman uğurlar arzulayırıq!
 
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunan Yüksəliş müsabiqəsinin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdən ibarətdir.
 
Müsabiqənin mərhələləri sırasına isə, namizədin tələbələrə cavab verməsini yoxlayan qeydiyyat mərhələsi, ümumi biliklər üzrə imtahan (test bloku), qabiliyyət üzrə imtahan (məntiq-abstrakt düşüncə, riyazi-rəqəmsal hesablamalarla, o cümlədən, verbal məlumatlarla işləmək bacarığı), idarəetmə bacarıqları üzrə əyani imtahan, idarəetmə bacarıqları üzrə 2 tam gün yarımfinal və 2 tam gün final mərhələləri (müxtəlif ixtisas-sahələr üzrə keyslər) daxildir.
 
#Yüksəliş2023 #YüksəlişMüsabiqəsi #YüksəlişSizinləDavamEdir #ÖlkəninGələcəyiniQur