Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

21 iyul 2023    1134 share share

21.07.2023-cü il tarixində Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda, ilk olaraq, son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilmişdir.
 
Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının maddi texniki bazasının yaxşılaşdırılması ilə bağlı məsələyə baxılmış və müvafiq qərar qəbul olunmuşdur.
 
İclas gündəliyinə uyğun olaraq vəkillərin başqa vəkil qurumlarına keçməsi və müəyyən müddətə üzvlük haqqından azad olma məsələsinə baxılmış və müraciətlər təmin edilmişdir. Eyni zamanda iclasda 3 vəkilin fəaliyyətinə xitam verilmişdir.
 
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.