Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının üzvü Avropa İnsan Hüquqları Məhkəməsində təcrübə keçib

01 avqust 2023    1138 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nurəngiz Qarayeva İnsan Hüquqları üzrə Avropa Məhkəməsində təcrübə keçib.
 
Təcrübə proqramı 11-21 iyul 2023-cü il tarixlərini əhatə etmişdir.
 
Proqram çərçivəsində N.Qarayeva Avropa İnsan Hüquqları Məhkəməsində hüquqşünasların fəaliyyəti, ərizələrin qəbulu, işin təşkili və s. proseslərlə tanış olmuşdur. Eyni zamanda Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki hakimi Lətif Hüseynov başda olmaqla nümayəndə heyəti ilə görüşmüş, geniş fikir mübadiləsi aparmışdır.
 
Həmçinin, o, "M.Fabrio Sanmarino dövlətinə qarşı" işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatasının iclasında iştirak etmişdir.