Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə əməkdaşlığı çərçivəsində 28 iyul 2023-cü il tarixində Şəki şəhərində “Marxal Spa & Resort” otelində və 29 iyul 2023-cü il tarixində Gəncə şəhərində “Vego” otelində Vəkillər Kollegiyasının üzvləri, prokurorluq və ədliyyə qurumlarının əməkdaşları və hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan olunması) və 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə təlim keçirilmişdir.
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan olunması) və 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə təlimlər Hüquq və İnsan haqları İnstitutunun ekspertləri tərəfindən əyani qaydada keçirilmişdir.
1 yarımgünlük təlimlərdə 16 nəfər vəkil iştirak etmişdir.