Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

"Heydər Əliyev İli” ilə əlaqədar növbəti pulsuz hüquqi yardım aksiyaları keçirilmişdir

11 avqust 2023    781 share share

10 avqust  2023-cü il tarixində “HEYDƏR ƏLİYEV İLİ” ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində Respublika ərazisində növbəti ödənişsiz hüquqi yardım aksiyaları keçirilmişdir.

Aksiya ilə əlaqədar Bakı şəhərində “Kredo” vəkil bürosunun vəkilləri  tərəfindən 18 nəfər vətəndaşa hüquqi məsləhətlər verilmiş, habelə müvafiq yazılı sənədlər tərtib edilmişdir.

Tədbirlər planı çərçivəsində “Mirzəyev və partnyorları”, “Yusifbəyli və partnyorları” və 4 saylı vəkil bürosunun vəkilləri tərəfindən Naxçıvan Muxtar Respublikasına səfər edilmiş, orada 32 nəfər vətəndaşın ərizə və şikayətlərinə baxılmışdır. Eyni zamanda mülki, ailə və inzibati işlərə dair məsləhətlər verilmişdir.

Bundan əlavə, Gəncə şəhərində Gəncə şəhəri 1 saylı vəkil bürosu tərəfindən  “Açıq qapı” günü təşkil edilmiş və müraciət edən 15 nəfər vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmişdir

Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, torpaq mübahisələri, aliment tələbi və digər sosial məsələlərlə bağlı olmuşdur.

Qeyd edək ki, “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.