Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

01 sentyabr 2023    920 share share

01.09.2023-cü il tarixində Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. 
 
İclasda, ilk olaraq, son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilmişdir.
 
Sonra, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 1 vəkilliyə namizədin andiçmə mərasimi keçirilmişdir.
 
Bundan başqa, Vəkillər Kollegiyasının "Mübahisələrin alternativ həlli" Komitəsinin fəaliyyətinin 
təkmilləşdirilməsi ilə bağlı bir qrup vəkilin müraciətinə baxılaraq müsbət qərar qəbul edilmiş, eyni zamanda, Kollegiyanın "Biznes hüququ" Komitəsinin Əsasnaməsində və "Vəkil qurumlarının təșkili və fəaliyyəti haqqında" Qaydalara dəyişiklik layihəsinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.
 
O cümlədən, iclasda Vəkillər Kollegiyası tərəfindən elan olunmuş "Vətənim Azərbaycan" III vəkil bədii yaradıcılıq müsabiqəsi" ilə bağlı təqdim olunmuş əsər və hekayələr qiymətləndirilmişdir.
 
Daha sonra gündəliyə uyğun olaraq vəkillərin başqa vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olma məsələsinə baxılmışdır.
 
Həmçinin, iclas zamanı Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilmişdir. 
 
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.