Cari ilin sentyabr ayının 27-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün “BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və hesabatlılıq” mövzusu üzrə təlim keçirilib.
Təlimdə təlimçi qismində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri və yerli təlimçilər çıxış ediblər.
Bir günlük təlimdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 10 üzvü iştirak edib.