Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Bakı şəhəri 11 saylı Vəkil Bürosunda yeni qəbul olunmuş vəkillər kollektivə təqdim olundu

02 iyul 2018    3917 share share

Bu günlərdə Bakı şəhəri 11 saylı Vəkil Bürosu təsisçilərinin ümumi yığıncağı keçirilmişdir. Tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov, 11 saylı Vəkil Bürosunun müdiri, Rəyasət Heyətinin üzvü Azər Quliyev, büronun digər təsisçiləri və Kollegiyaya yeni qəbul olunmuş vəkillər iştirak etmişdir.

Ümumi yığıncaqda açılış nitqi ilə çıxış edən Azər Quliyev gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırdıqdan sonra büronun cari fəaliyyəti, Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamından irəli gələn işlərin icrası barədə məlumat vermiş, daha sonra büroya yeni qəbul olunmuş vəkilləri bu münasibətlə təbrik etmiş, onlara peşə fəaliyyətlərində uğurlar arzulamışdır. 

Tədbirdə çıxış edən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı keçirilən ixtisas imtahanları, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün yaradılan şərait barədə danışmış, yeni qəbul edilmiş vəkillərə uğurlar arzu etmiş, öz tövsiyələrini vermişdir.

Daha sonra Büroya yeni qəbul olmuş vəkillərin təsisçiliyə qəbulu məsələsinə baxılmış, onlar yekdilliklə Büronun təsisçiliyinə qəbul olunaraq kollektivə təqdim olunmuşlar. 

Bundan əlavə, tədbirdə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardımın keyfiyyətinin artırılması, bununla bağlı növbətçi vəkillərinin fəaliyyətinin təkmilləşdiriməsi məsələsi müzakirə olunmuşdur.