Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlıq çərçivəsində növbəti təlim keçirilib

12 oktyabr 2023    642 share share

Cari ilin oktyabr ayının 12-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində və Avropa İttifaqının maliyyə dəstəyi ilə Bakıda fəaliyyət göstərən yerli icra orqanları, ədliyyə, hüquq-mühafizə və digər aidiyyəti yerli dövlət qurumlarının nümayəndələri üçün “Yetkinlik yaşına çatmayanlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi. Beynəlxalq standartlar” mövzusu üzrə təlim keçirilib.

Təlimdə təlimçi qismində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri və yerli təlimçilər çıxış ediblər.

Yarımgünlük təlimdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri də iştirak edib.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanda yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə çıxışın təmin edilməsinin inkişafına töhfə verməkdən ibarətdir.