Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının üzvləri növbəti təlimdə iştirak edib

18 oktyabr 2023    675 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Azərbaycandakı Baş ofisinin birgə əməkdaşlığı çərçivəsində təlimləri davam edir.

Cari ilin oktyabr ayının 17-də Hüquq və İnsan Haqları İnstitutunda Vəkillər Kollegiyasının üzvləri, prokurorluq, ədliyyə qurumlarının əməkdaşları və hakimlər üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi: Azərbaycanda işgəncələrin qadağan olunması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda təlim keçirilib.

Təlim Hüquq və İnsan haqları İnstitutunun ekspertləri tərəfindən əyani qaydada baş tutub.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.