Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Ali Məhkəmədə ədalət mühakiməsi rəmzlərinin sərgisi keçirilir

25 oktyabr 2023    800 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Ali Məhkəməsinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Avropa Ədalət Mühakiməsi Günü” və “Avropa Vəkillər Günü”nə həsr olunan ədalət mühakiməsi rəmzlərinin sərgisi keçirilir.

Ali Məhkəmənin inzibati binasında təşkil olunan sərgidə Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi, atributlar, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin şəxsi kolleksiyasına aid olan vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş olunur.

Qeyd edək ki, oktyabrın 27-dək davam edəcək sərgidə iştirak ödənişsizdir. Arzu edən hər kəs qeyd edilən tarixlərdə 10:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədlə Ali Məhkəmənin inzibati binasına (Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 26) yaxınlaşa bilər.