Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Avropa Vəkillər Günü ilə əlaqədar vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib

26 oktyabr 2023    711 share share

25 oktyabr - Avropa Ədalət Günü (Avropa Vəkillər Günü) münasibətilə hər il Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) müxtəlif aksiyalar həyata keçirir.

Beynəlxalq sahədəki uğurların davamı olaraq, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE), Avropa Vəkillər Kollegiyaları Federasiyasına (FBE) və digər beynəlxalq təşkilatlara üzv qəbul olunan ARVK tərəfindən bu əlamətdar gündə öz avropalı həmkarları ilə həmrəylik çərçivəsində respublika üzrə ödənişsiz hüquqi yardım aksiyaları təşkil edilib.

Belə ki, “Pro Bono” Vəkil Bürosu, Bakı şəhəri 5 saylı Vəkil Bürosu, Şəki Regional Vəkil Bürosu və Naxçıvan Respublikasının Vəkillər Kollegiyası tərəfindən “Açıq qapı günü” həyata keçirilib və vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib.

Aksiyalar çərçivəsində ümumilikdə 46 nəfər vətəndaşa ödənişsiz hüquqi yardım görstərilib, hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib edilib.