Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Nərimanov rayonunda növbəti ödənişsiz hüquqi yardım aksiyası keçirilib

01 noyabr 2023    654 share share

“Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini, eyni zamanda Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə noyabrın 1-də 20 saylı Nərimanov II seçki dairəsinin əhatə etdiyi ərazidə vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

Hüquqi yardım göstərilən şəxslərin dairəsini həssas qrupa daxil olan vətəndaşlar - şəhid ailələri, qazilər və aztəminatlı ailələr əhatə edib. 

Aksiya çərçivəsində “Femida” Vəkil Bürosunun 12 vəkili tərəfindən 50 çox vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib, onları maraqlandıran suallar cavablandırılıb, yazılı və şifahi məsləhətlər verilib, yazılı ərizələr tərtib olunub.

Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.