Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Sabirabadda vətəndaşlara növbəti ödənişsiz hüquqi yardım göstərilib

03 noyabr 2023    771 share share

Cari ilin noyabr ayının 2-də həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Kamal Cəfərovun təşəbbüsü, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dəstəyi ilə "Pro Bono" Vəkil Bürosunun vəkilləri tərəfindən Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında vətəndaşlar üçün növbəti ödənişsiz hüquqi yardım aksiyası təşkil edilib.

Görüşdə 40-dan çox vətəndaşın müraciətinə baxılıb. Onlara şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub.

Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.