Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

"Elektron vəkil orderi"nə keçidlə bağlı pilot layihə olaraq qoşulan büroların təmsilçiləri ilə təlimat xarakterli təlim keçirilib

04 noyabr 2023    818 share share

"Elektron vəkil orderi"nə keçidlə bağlı pilot layihə olaraq qoşulan Vəkil Bürolarının təmsilçiləri ilə Vəkillər Kollegiyasının (VK) Hüquqi Yardım və Tədris Mərkəzində təlimat xarakterli təlim keçirilib.

Təlimçi qismində VK-nın üzvü, Elektron Vəkil Komitəsinin sədri Nihad Əliyev və "Professional IT” şirkətinin direktoru Emin Babayev iştirak edib.

Bununla bağlı maraqlandırılan suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, mütəmadi olaraq digər büroların təmsilçiləri ilə təlimlərin keçirilməsi və eyni zamanda təlimat xarakterli layihələrin hazırlanması da nəzərdə tutulub.