Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Qadın Vəkillər Alyansı “Heydər Əliyev İli” çərçivəsində Şəmkirdə görüşlər keçirib

16 noyabr 2023    661 share share

Cari ilin noyabr ayının 8-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansının rəhbərliyi və üzvləri "Heydər Əliyev İli”, Zəfər Günü, Dövlət Bayrağı Günü münasibətilə Şəmkir şəhərində səfərdə olublar.

Səfər iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə əklillər və gül dəstələri qoyublar. Sonra vəkillər Şəhidlər xiyabanını ziyarət edib, bir qrup müharibə iştirakçıları ilə görüşüblər.

Səfər çərçivəsində Alyans üzvləri Müdafiə Nazirliyinin Şəmkir rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində olub, şəxsi heyətlə görüş keçirilib.

Görüşdə Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova, Şəmkir rayon Vəkil Bürosunun müdiri Xalidə İsayeva, o cümlədən vəkillər çıxış edərək Zəfər Günü və Dövlət Bayrağı Gününün tarixi məqsədləri, əhəmiyyətindən danışaraq əsgər və zabitləri həmin günlər münasibətilə bütün vəkil korpusu adından təbrik ediblər.

Eyni zamanda, görüşlər zamanı vətəndaşlarımızı maraqlandıran suallar cavablandırılıb, hüquqi yardıma ehtiyacı olanlara məsləhətlər verilib, qanunvericiliyin tələblərinə uyğun olaraq onların hüquqları izah olunub.