Cari ilin noyabr ayının 25-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı ilə təşkil olunmuş "Beynəlxalq humanitar hüquq sahəsində aktual çağırışlar" adlı növbəti təlim keçirilib.
Təlimdə beynəlxalq hüquq ekspertləri - BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional koordinatoru Andrey Kozik ilə Komitənin Azərbaycandakı nümayəndəliyinin Hüquq məsələləri üzrə müşaviri Jalə Əzizova tərəfindən "Müharibə cinayətlərinin törədilməsinə görə məsuliyyət" və "Silahlı münaqişələr dövründə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi" mövzularında məruzələr səsləndirilib və suallar cavablandırılıb.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan təlimin rəsmi hissəsinin sonunda sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.
Təlimdə ARVK-nın 21 üzvü iştirak edib.