Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilib.
Belə ki, noyabrın 7-də Kollegiyanın üzvləri - Sahib Məmmədov “İrqi Ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Haqqında Konvensiya”, noyabrın 15-də Vəfadar Piriyev “İrqi Ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Haqqında Konvensiya”, noyabrın 23-də Ruslan Vəliyev “İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış” və habelə noyabrın 7-də isə Ədliyyə Nazirliyi İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin Strateji planlaşdırma şöbəsinin böyük məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu Nərgiz Murquzova “Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi” mövzuları üzrə təlimçi qismində iştirak ediblər.
Təlimlərdə ümumilikdə 119 vəkil iştirak edib.