Naxçıvan Dövlət
Universitetində (NDU) Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən
təsis edilən təhsildə fərqlənən tələblər üçün "Heydər Əliyev adına tələbə
təqaüd proqramı” və "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı”nın ayrılması
məqsədilə müsahibə mərhələsi keçirilib.
Müsahibə mərhələsində NDU-nun
test mərhələsindən keçmiş 7 tələbəsi iştirak edib.
Sonda NDU-nun Beynəlxalq və
hüquq fakültəsinin II kurs tələbəsi Sevgi Rzayeva "Sürəyya Ağaoğlu adına tələbə
təqaüd proqramı” və universitetin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin
III kurs tələbəsi İnfin Zeyniyev isə “Heydər Əliyev adına tələbə təqaüd
proqramı”na layiq görülüb.
Xatırladaq ki, müsahibə mərhələsində
Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov və NDU-nun
müəllimləri - Əziz Qasımovla Yunis Xəlilov iştirak edib.
Qeyd edək ki, oktyabr ayının 20-də ARVK-nın Rəyasət Heyətinin qərarına əsasən, cari ildə imzalanmış Memoranduma uyğun olaraq, NDU-nun təhsildə fərqlənən tələbləri üçün fərdi təqaüdün ayrılması məqsədilə, VK tərəfindən "Heydər Əliyev adına tələbə təqaüd proqramı” və "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı” təsis olunub.