Cari ilin 7-10 dekabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri İtaliyanın Kataniya şəhərində təşkil edilən futbol üzrə "Siciliya Kuboku 2023" adlı beynəlxalq turnirdə iştirak ediblər.
A.S.D Lex Kataniya Vəkillər Kollegiyasının prezidenti Domeniko Di Mauronun dəvəti ilə turnirə qatılan vəkillərimiz A qrupunda İndoneziya (7:2) və İranın “Mazandaran” komandasına (5:1) qalib gəlib, rumıniyalı həmkarlarına uduzub (5:1), xorvatlarla (2021 və 2022-ci ilin çempionları) heç-heçə (3:3) edərək 1/8 final mərhələsinə adlayıb. Bu mərhələdə komandamız Braziliya vəkillərinə məğlub (2:3) olublar. Lakin vəkillərimiz 1/4 mərhələsinə keçə bilməyən ən yaxşı 4 komandadan biri olaraq, turnirin digər kuboku - “Coppa dell'Ordine Sicily” uğrunda yarımfinal oyununa çıxıb.
Belə ki, yarımfinalda İtaliyanın “Criminal Lawyers” (5:0) və finalda isə “Altra Lex Italiya” (2:1) komandalarına qalib gələn vəkillərimiz “Coppa dell'Ordine Sicily” çempionu olub.
Qeyd edək ki, turnirin ən yaxşı hakimi azərbaycanlı referi Rahin Heybətov seçilib.
Xatırladaq ki, 2022-ci ildə Mərakeşdə keçirilən futbol üzrə dünya çempionatında Azərbaycanın vəkil və hüquqşünasları bürünc medal qazanmışdı.