Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının nümayəndələri beynəlxalq konfransda iştirak edib

11 dekabr 2023    647 share share

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dekabrın 7-də “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova, Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva, Vəkillərin İntizam Komissiyasının üzvü Esmira Hüseynova, Kollegiyanın üzvləri - Leyla Məmmədova, Sevda Məhərrəmova, Şəfa Camalzadə, Sevinc Əliyeva, Aygül Rəfiyeva, Ayşə Abdel Qadir, Aynur Hüseynova iştirak edib.

Eyni zamanda "Məișət zorakılığından zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxış imkanları" mövzusunda keçirilən paneldə Ş.Camalzadə çıxış edib.

Sonda Qadın Vəkillər Alyansının üzvlərinin iştirakı ilə müzakirələr keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.