Dekabrın 12-də müstəqil Azərbaycanın
inkişafında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi, xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.
Ulu Öndərin vəfatının 20-ci ildönümü ilə əlaqədar bu gün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib. Kollegiya rəhbərliyi dahi şəxsiyyətin əziz xatirəsini hörmət və ehtiramla anaraq, məzarı önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bu il fevralın 2-də ARVK Rəyasət Heyətinin iclasında “Heydər Əliyev İli” çərçivəsində Kollegiyada görüləcək işlər üzrə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən, mart ayından etibarən ölkəmizin bütün bölgələrində, eyni zamanda Naxçıvan Muxtar Respublikasında ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsinə başlanılıb.