Dekabrın 28-də "Vəkil Günü" peşə bayramı münasibətilə
ənənəvi olaraq Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum
rəhbərləri Fəxri xiyabanı ziyarət edib.
Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri
Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, dahi şəxsiyyətin
əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda, görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb,
məzarı üzərinə tər çiçəklər düzülüb.
Daha sonra Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum
rəhbərləri Şəhidlər xiyabanında ölkəmizin azadlığı, suverenliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının
xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər, xatirə şəkli
çəkdiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i ölkəmizdə “Vəkil Günü” peşə bayramı kimi qeyd olunur.