“İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən
biridir".
Heydər Əliyev
"Güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır".
İlham Əliyev
Son dövrlər ərzində Azərbaycanda digər sahələrdə
olduğu kimi, vəkillik institutu da inkişaf yolunu tutub, bu sahədə ardıcıl,
eyni zamanda, əsaslı tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsi kimi,
Azərbaycanda vəkillik institutunun sürətli inkişafı, vəkil korpusunun güclənməsi,
ölkəmizdə vəkillərin və vəkil qurumlarının sayının artması, respublikamızda vəkillik
peşəsinin nüfuzunun yüksəlməsində mühüm rol oynayıb.
2023-cü ildə də Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasında (ARVK) bir sıra beynəlxalq, yerli mühüm tədbirlər, təlimlər həyata
keçirilib, vəkillərin sayı artıb, o cümlədən “Heydər Əliyev İli” ilə bağlı bir
çox tədbirlər baş tutub və hüquqi maarifləndirmə işləri aparılıb.
ARVK-da son bir il ərzində görülən işlər, aparılan
ardıcıl və sistemli islahatlara dair hesabatı təqdim edirik:
“HEYDƏR ƏLİYEV İLİ” İLƏ BAĞLI KEÇİRİLƏN
TƏDBİRLƏR
2023-cü il fevralın 2-də VK Rəyasət Heyətinin
iclasında Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev
İli” elan edilməsi ilə bağlı Kollegiyada görüləcək işlər üzrə Tədbirlər
Planının təsdiq olunub. Tədbirlər Planına əsasən, mart ayından etibarən ölkəmizin
bütün bölgələrində, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında (MR) pulsuz
hüquqi yardım aksiyaları, konfranslar, intellektual oyunlar, idman yarışları və
digər tədbirlərin keçirilməsinə başlanılıb.
“Heydər Əliyev
İli” çərçivəsində ölkə üzrə 61
pulsuz hüquqi yardım aksiyası keçirilib. Həmin aksiyalarda ümumilikdə 960 vətəndaşın
yararlanması təmin edilib. Beləliklə, hər
ayın 10-da Bakıda, regionlarda, o cümlədən Naxçıvan MR-da vətəndaşlara pulsuz
hüquqi yardım göstərilib.
“Heydər
Əliyev İli” ilə bağlı Naxçıvan şəhərində keçirilən aksiyalarda 14 Vəkil
Bürosunun (VB) vəkili (“Yusif Allahverdiyev və Partnyorları” VB - 10 vəkil, 20 saylı VB - 6 vəkil, 38 saylı VB - 3 vəkil, “
Pro Bono” VB - 5 vəkil, 4 saylı VB - 2 vəkil,
“Mirzəyev və Partnyorları” VB - 2 vəkil, “Yusifbəyli və Partnyorları” VB
- 2 vəkil, “Kredo” VB - 10 vəkil, 12 saylı VB - 3 vəkil, 36 saylı VB - 4 vəkil,
“Arbitrum” VB - 3 vəkil) və Qadın Vəkillər Alyansı (10 vəkil), ümumilikdə isə ezam
olunmuş 60 vəkil iştirak edərək 198 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərib.
Eyni zamanda, digər vəkil qurumları tərəfindən təşkil edilən aksiyalarda isə
762 vətəndaşa pulsuz hüquqi yardım göstərilib.
Belə ki, “Heydər Əliyev İli”
ilə bağlı keçirilən tədbirlər planı çərçivəsində 9-10 mart tarixlərində
ARVK-nın rəhbərliyi Naxçıvan MR-da səfərdə olub. Səfər iştirakçıları öncə Ulu
Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini
ziyarət edərək, əziz
xatirəsini ehtiramla yad ediblər. Sonra ARVK-nın rəhbərliyi Prezidentin səlahiyyətli
nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb, vəkilliyin inkişafı, qarşıda duran vəzifələr
barədə fikir mübadiləsi aparıb.
Eyni zamanda, ARVK-nın sədri Anar Bağırov Naxçıvan Muxtar Respublikası Vəkillər
Kollegiyasında (NMRVK) vəkillərlə, Naxçıvan
Dövlət Universitetində (NDU) professor-müəllim
heyəti və tələbələrlə görüşüb. Həmçinin, ARVK və Naxçıvan MR Ədliyyə
Nazirliyinin təşkilatçılığı ilə “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər
Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib, Anar Bağırov çıxış edib.
Daha sonra "Heydər Əliyev İli” ilə əlaqədar ARVK tədbirlər planı çərçivəsində
"Yusif Allahverdiyev və Partnyorları" VB-nin vəkilləri
Naxçıvan MR-da pulsuz hüquqi yardım aksiyası keçirib. Aksiyada vətəndaşlara
hüquqi məsləhətlər verilib, o cümlədən müvafiq yazılı ərizələr tərtib olunub və
digər hüquqi yardımlar göstərilib. Bundan başqa, ARVK rəhbərliyi
Naxçıvan Dövlət Universitetində rektor, professor-müəllim heyəti və tələbələrlə
görüşüb, müzakirələr aparıblar. Sonra Kollegiyanın fəaliyyətinə dair videoçarx
nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb. Daha sonra əməkdaşlıq
haqqında memorandum imzalanıb.
“Heydər Əliyev İli” ilə
bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq, VK tərəfindən
6-7 may tarixlərində “III Vəkil Şahmat” yarışı təşkil edilib. Respublika üzrə
35 vəkilin qatıldığı yarışda vəkil Elşən Səfərov birinci, vəkil Samir Hüseynzadə
ikinci, vəkil Camal Əliyev isə üçüncü yeri tutublar. ARVK Rəyasət Heyətinin
qərarına əsasən, ilk 3 yerin qaliblərinə “Libraff” kitab mağazasından hədiyyə
kartları, müvafiq diplomlar və medallar Kollegiyanın sədr müavini, “İdmançı Vəkillər”
fondunun idarə heyətinin sədri Pərviz Ələkbərov tərəfindən təqdim olunub.
Bundan başqa, mayın 12-də
ARVK tərəfindən NMRVK ilə birgə “Azərbaycanda gender bərabərliyinin
təminatçısı Ulu Öndər Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbirdə Ulu
Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Liderin siyasi fəaliyyəti, eləcə də
gender bərabərliyinin təmin edilməsi istiqamətində gördüyü işlərdən bəhs edən
videoçarx nümayiş etdirilib. Həmçinin, ARVK-nın sədri Anar Bağırov konfransa
onlayn qoşularaq iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə Kollegiyanın Rəyasət heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri
Dilarə Əfrasiyabova, Qadın Vəkillər Alyansının üzvü Leyla Məmmədova, Bakı şəhər
2 saylı VB-nin müdiri Rəna
Məmmədova, Vəkillərin İntizam Komissiyasının üzvü, Mərkəz VB-nin müdiri, Alyansın üzvü Gülşən
Salmanova çıxış ediblər.
Bundan əlavə, Ulu Öndər Heydər
Əliyevin 100 illiyinə həsr olunan “Vəkil olmaq istəyirəm” adlı II yay məktəbi təşkil
edilib. 26-30 iyul tarixlərində Şəki şəhərində keçirilən yay məktəbində iştirak
edən 55 hüquqşünas tələbəyə peşəkar biliklərin artırılması məqsədi ilə
prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin
keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, nitq qabiliyyəti və digər sahələr
üzrə təlimlər keçilib. Qeyd edək ki, gənclərin xüsusi marağına səbəb olan və II
dəfə təşkil edilən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinə ümumilikdə 15
yerli və beynəlxalq universitetdən 353 hüquqşünas tələbə müraciət edib,
onlardan bilik və bacarığı, ictimai fəallığı ilə seçilən 55 gənc düşərgədə
iştirak haqqı qazanıb.
Həmçinin, 13 may - 15 iyul
tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr
olunmuş, ARVK-nın və AFFA-nın birgə təşkilatçılığı ilə vəkillər arasında 4-cü Vəkil
Futbol Liqası keçirilib. 9 komandanın, ümumilikdə 90-dan artıq vəkilin iştirak etdiyi, bir dövrədən ibarət
olan turnirdə “Şuşa” komandası çempion olub, ikinci yeri “Barrister”, üçüncü
yeri isə "LawyersUnited" komandaları tutub.
Eyni zamanda, hesabat ilində ARVK-nın Vəkil Klubu tərəfindən keçirilən
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətənim
Azərbaycan!” adlı III Vəkil bədii yaradıcılıq müsabiqəsi keçirilib. Sayca III
müsabiqəyə bir-birindən maraqlı əsərlərini təqdim edən iştirakçılardan üç nəfər
qalib adını qazanıb. Müsabiqəyə qatılanlardan "Kəngərli və
Partnyorları" VB-nin vəkili
Aslan Heydarov I, hüquqşünas Şəhriyar Həbilov II, Nüşabə Əhməd isə III yerin
sahibi olub. Sentyabrın 13-də ARVK Rəyasət Heyətinin iclasında Kollegiyanın sədri
Anar Bağırov tərəfindən onlara mükafatlar təqdim edilib.
Dekabrın 9-da isə ARVK-nın təşkilatçılığı
ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham
Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq"
hüquq sahəsində intellektual müsabiqə başlayıb. Üç mərhələdən ibarət müsabiqədə
Elm və Təhsil Nazirliyinin hüquqşünas ixtisasının SABAH qrupları, Bakı Dövlət
Universiteti (BDU), Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası,
ADA Universiteti, Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər
Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və NDU-nun
Hüquq fakültələrinin tələbələrinin komandası yarışıb. Üç mərhələdən ibarət olan
müsabiqənin qalibi DİN-in Polis Akademiyası olub.
Məlum olduğu kimi, Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər
il dekabrın 28-nin ölkəmizdə “Vəkil Günü” peşə bayramı kimi qeyd edilməsi qərara
alınıb. Xüsusilə qürurverici haldır ki, “Vəkil Günü” xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən və müstəqil vəkillik
institutunun əsasını qoyan 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti
haqqında” Qanunla bağlıdır. Əziz xatirəsi daim yüksək ehtiram və dərin minnətdarlıq
hissi ilə yad edilən Ulu Öndər Heydər Əliyevin cari ildə 100 illik yubileyinin
qeyd olunması bu peşə bayramını vəkil korpusu üçün hər zamankından daha əlamətdar
edir.
Məhz bu səbəbdən peşə bayramı ərəfəsində
dekabrın 27-də “Fairmont” mehmanxanasında müstəqil Azərbaycan vəkilliyinin
banisi, dahi lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Vəkillər Kollegiyasının
təntənəli mərasimi keçirilib. Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev,
Baş prokurorun müavini Heydər Məmmədov, Hüquq və İnsan Haqları İnstitutunun
İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Polis Akademiyasının rəisi Canpolad
Daanov, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov da daxil
olmaqla, bir sıra təhsil müəssisəsinin nümayəndələri, vəkil qurumlarının rəhbərləri,
hüquq müdafiəçiləri və KİV nümayəndələri iştirak edib.
Təntənəli formada keçirilən mərasimdə vəkilliyə
qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa
vuran namizədlərin andiçmə mərasimi baş tutub, habelə bir sıra müsabiqələr üzrə
I yerin sahiblərinin və müxtəlif nominasiyalar üzrə qaliblərin təltif edilməsi
həyata keçirilib. Əlavə olaraq, VK-nın hesabat ilindən beynəlxalq qeydiyyatlara
alınan və yeni formatda buraxılan “Azərbaycan vəkili” jurnalının təqdimatı
keçirilib. Sonra VK-nın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.
VƏKİLLİYƏ
QƏBUL VƏ VƏKİL QURUMLARI
Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən
başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci il aralığında (14
il ərzində) 5 yazılı test imtahanı, son 6 il içində isə 12 yazılı test imtahanı
keçirilib və vəkillərin sayı 3 dəfəyədək artıb.
2023-cü ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən
imtahanın şifahi mərhələsi üzrə 33 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı
test imtahanı keçirilib. 25.05.2023 və 05.11.2023-cü il tarixlərdə keçirilən
ixtisas imtahanlarının yazılı test mərhələlərində ümumilikdə 601 namizəd
iştirak edib və 206 nəfər müvəffəqiyyət qazanıb. Eyni zamanda, hesabat ili ərzində
338 nəfər şifahi müsahibədə iştirak edib, 271 nəfər növbəti mərhələyə keçib.
Hesabat ili ərzində 252 nəfər isə vəkil andı içib. Yekunda, vəkillərin sayı
artaraq 2431-ə çatıb.
05.11.2023-cü il tarixdə keçirilən imtahanda müvəffəqiyyət
qazanmış 68 namizədlə isə hazırda şifahi müsahibə davam edir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən 2431 vəkildən
1995 nəfəri kişi, 436 nəfəri qadındır. Həmin şəxslərdən 1976 nəfəri Bakıda, 455
nəfəri isə regionlarda fəaliyyət göstərir.
Ən yaşlı vəkil – Səttarova Türrə Əhəd qızı –
13.07.1936 – 87 yaş
Ən gənc vəkil – Məmmədova Nuranə Asif qızı –
22.08.1999 – 24 yaş
Eyni zamanda, ötən 6 ildə ölkəmizdə VB-lərin sayı da
təxminən 4 dəfə artaraq 135-ə çatıb.
2023-cü
ildə “Fortiori” VB, Gəncə şəhər 2 saylı VB, “Medleks” VB, “Yasa” VB, “Rifaq Həsənov
və Partnyorları” VB və NMRVK-nın Şərur rayon VB-nin yeni ofisləri açılıb və vətəndaşlara keyfiyyətli
hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin yüksək standartlara
cavab verilməsi məqsədilə həmin bürolar maddi-texniki baza ilə tam təchiz
olunub. Həmçinin, hazırda Gəncə şəhərində ayrılmış binanın təmiri, Lənkəran şəhərində
isə torpaq sahəsində müvafiq binanın tikintisinin başlanılması məqsədilə
hazırlıq işləri davam etdirilir.
Yanvarın 7-də Vəkillərin İxtisas
Komissiyasının ilk iclası keçirilib və yeni tərkibi formalaşıb. Belə ki,
Komissiya üzvlərinin qərarı ilə hüquq elmləri doktoru (h.e.d.), vəkil Turqay
Hüseynov sədr, h.e.d., vəkil Ayxan Rüstəmzadə isə sədr müavini seçilib.
Məlumat üçün bildirək ki, Vəkillərin İxtisas
Komissiyası vəkilliyə namizədlərin “Vəkillər və vəkillik fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanununda nəzərdə tutulan
tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün yaradılıb. Onun
tərkibinə beş vəkil, üç hakim və üç hüquqşünas alim daxildir. Vəkillərin
İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının, vəkilliyə
layiqli olmasının müəyyən edilməsi məqsədi ilə VK Rəyasət Heyəti ilə əlaqəli şəkildə
test imtahanının keçirilməsini təşkil edir və onlarla müsahibə aparır. Belə ki,
Ali Məhkəmə Plenumunun qərarına əsasən, Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayilov, Ali Məhkəmənin
hakimləri - Zaur Əliyev və Ələsgər Novruzov, o cümlədən Ədliyyə Nazirliyi
Kollegiyasının qərarı ilə Ədliyyə Akademiyasının Ədliyyə sahəsində idarəetmə
kafedrasının baş müəllimi, h.e.ü.f.d. Səyyad Məcidov, BDU-nun Hüquq fakültəsinin
dekanı, h.e.ü.f.d. Zaur Əliyev, BDU-nun Cinayət prosesi kafedrasının dosenti,
h.e.ü.f.d. Könül Hüseynova Vəkillərin İxtisas Komissiyasına üzv təyin ediliblər.
Komissiyanın digər üzvləri h.e.ü.f.d., vəkil Şaiq Mirzəyev, vəkil Fərid Həsənov,
vəkil Oktay Məhərrəmov və həmçinin, katibi isə VK Rəyasət Heyətinin Aparatının
İnsan resursları şöbəsinin müdiri Orxan Babayevdir.
Bundan başqa, martın 1-də Vəkillərin İxtisas
Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib, Kollegiyanın sədri Anar
Bağırov onlara fəaliyyətlərində uğurlar arzulayıb.
İyulun
10-da isə ARVK-nın sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti
NMRVK-nın seçki-hesabat konfransında iştirak etmək üçün MR-də səfərdə olub və
çıxış edib. Səsverməyə əsasən, Vüsal Həsənov NMRVK-nın sədri seçilib. Ələlxüsus,
bir neçə illik aradan sonra, ilk dəfə NMR-da vəkilliyə qəbul imtahanı həyata
keçirilib.
BEYNƏLXALQ
ƏMƏKDAŞLIQ
İlk
olaraq qeyd edək ki, 2023-cü ildə də ARVK üçün beynəlxalq arenada əlamətdar il
olub, görülən işlərin davamı kimi, daha 2 yeni beynəlxalq nüfuzlu təşkilata
(Avropa Gənc Vəkillər Assosiasiyasına (EYBA) və Avropa Vəkillər Kollegiyaları
Federasiyasına (FBE)) üzv qəbul edilib.
Məlum
olduğu kimi, son 6 il ərzində
Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və
Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Beynəlxalq Vəkillər Assosiasiyası
(UIA), Avropa Vəkillər Assosiasiyasına (AEA-EAL) üzv qəbul olunub və 2023-cü ildə də həmin təşkilatlarla
və BMT-nin ixtisaslaşmış qurumları, Avropa Şurası, Dünya Bankı ilə əməkdaşlıq
münasibətləri davam etdirilərək daha da möhkəmləndirilib.
Bundan
başqa, ARVK rəhbərliyi və üzvləri Avstriya, Serbiya, Türkiyə, Hindistan,
Belçika, Portuqaliya, İngiltərə, Qazaxıstan, Türkmənistan, Gürcüstan və
Yunanıstanda keçirilən tədbirlərə birbaşa qatılıb, Azərbaycan vəkilliyini təmsil
və çıxışlar edib, təcrübə mübadiləsi həyata keçirilib.
Digər
tərəfdən isə ARVK tərəfindən Bakıda təşkil olunan beynəlxalq tədbirlərdə, o
cümlədən xarici qonaqların, vəkillərin ölkəmizə səfəri çərçivəsində qarşılıqlı
olaraq, bu sahədə əməkdaşlıq gücləndirilib. Bildirmək istərdik ki, hesabat ili ərzində
ARVK Rəyasət Heyətinə beynəlxalq təşkilatlardan 166 sənəd daxil olub, bir çox
beynəlxalq səfərlər, görüşlər keçirilib, VK üzvləri təlim və seminarlarda
iştirak edib.
Beləliklə,
xronoloji olaraq qeyd edək ki, yanvarın əvvəllərində Pakistan İslam
Respublikasının Ali Məhkəməsinin vəkili, "Jawad Zafar və
Partnyorları" şirkətinin idarəedici partnyoru Muhammad Jawad Zafarın rəhbərlik
etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib, ARVK Rəyasət Heyətində olublar.
Onlar səfər çərçivəsində VK-nın sədr müavini Aydın Axundovun rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüş keçirib, Bakı şəhəri 38 saylı VB-ni ziyarət ediblər. Habelə,
VB-nin təşəbbüsü ilə
qonaqlar tarixi və mədəni abidələrimizlə
tanış olub, yaxın bölgələrdə qısa tanış turunda iştirak ediblər.
06
fevral tarixində isə ARVK-nın sədri Anar Bağırovla Türkiyə VK-nın sədri Erinç Sağkan
arasında telefon danışığı olub. Anar Bağırov türkiyəli həmkarına qardaş ölkədə
baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, türk xalqına
Azərbaycan vəkilləri adından başsağlığı diləklərini çatdırıb.
Fevralın
8-də isə ARVK Rəyasət Heyətinin növbədənkənar onlayn iclası keçirilib. İclasda
Rəyasət Heyətinin qərarı ilə Türkiyədə zəlzələdən zərərçəkənlərə 1 milyon türk
lirəsi məbləğində yardım ayırıb.
Həmçinin,
15-17 fevral tarixlərində ARVK-nın sədri Anar Bağırov Avstriya VK-nın dəvəti ilə
Vyana şəhərində Avropa Vəkillər Kollegiyaları rəhbərlərinin 51-ci konfransında
iştirak edib, gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə ikitərəfli
görüşlər keçirilib, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri
barədə müzakirələr aparılıb.
Fevralın
22-də isə ARVK-nın rəhbərliyi Türkiyənin Azərbaycandakı Səfirliyini ziyarət
edib. Əvvəlcə səfirlik önünə əklil qoyulub, zəlzələ qurbanlarının xatirəsi yad
olunub. Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı (keçmiş səfir)
ilə görüş keçirilib.
Eyni
zamanda, 24-26 fevral tarixlərində ARVK-nın sədri Anar Bağırov və Baş katibi
(ştatın əvvəlki adı: Aparat rəhbəri) Bayram Orucov Serbiya VK-nın dəvəti ilə
Belqrad şəhərində “Vəkil günü”nə
həsr olunan təntənəli tədbirlərdə iştirak ediblər. ARVK-nın nümayəndə heyəti səfərin
əvvəlində Ümummilli Lider Heydər Əliyevin Belqrad şəhərində yerləşən büstünü
ziyarət edərək, abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla yad
ediblər.
Bundan
başqa, 13-14 mart tarixlərində ARVK-nın sədri Anar Bağırovun başçılıq etdiyi
nümayəndə heyəti Türkiyə Barolar Birliyinin (TBB) dəvəti ilə Türkiyədə rəsmi səfərdə
olub. Səfər çərçivəsində Ankarada Ulu Öndər Heydər Əliyevin adını daşıyan
parkda Ümummilli Liderin abidəsi, o cümlədən Türkiyə Cümhuriyyətinin qurucusu
Mustafa Kamal Atatürkün məzarı – Anıtqəbir Movzeley Kompleksi ziyarət olunub.
Daha sonra nümayəndə heyəti Türkiyənin Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı
Zeki Yiğit, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan, Türkiyə Ali Məhkəməsinin
sədri Mehmet Akarca, TBB-nin başqanı Erinç Sağkan, o cümlədən Azərbaycanın
Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin ədliyyə nazirinin müavini
Zekeriya Birkan və “Azaflı Hukuk ve Danışmanlık Bürosu”nun müdiri, Ankara VK-nın
üzvü, Azərbaycan əsilli Arzuman Azaflı ilə görüşlər keçirib, hər iki ölkənin
məhkəmə-hüquq və vəkillik sahəsindəki təcrübəsi, aparılan islahatlar müzakirə
olunub.
Martın
30-da isə Azərbaycana səfərə gəlmiş Amerika Hüquq Məktəbinin (SAL proqramı) təsisçiləri
Ketevan Jeladze və Maia Meskhi ARVK-da olublar. Qonaqlar Kollegiyanın sədri
Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və Amerika Hüquq Məktəbi
ilə VK arasında anlaşma memorandumu imzalanıb.
Həmçinin,
martın 31-də Avropa Şurasının ölkəmizdə səfərdə olmuş nümayəndə heyəti – Marek Novitski
və Ceremi Mk Brayd ARVK-da olublar. Kollegiyanın sədri Anar Bağırovun rəhbərlik
etdiyi nümayəndə heyəti ilə qonaqlar arasında görüş keçirilib.
14-17
aprel tarixlərində isə ARVK-nın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə
heyəti Hindistan Vəkillər Kollegiyasının (HVK) dəvəti ilə Hindistana rəsmi səfər
edib. Tədbir iştirakçıları üçün əvvəlcə HVK-nın prezidenti Prashant Kumarın
paytaxt Nyu Dehlidə yerləşən iqamətgahında rəsmi ziyafət təşkil olunub, sonra
“2023-cü il Nyu Dehli - "Qanunun aliliyinə dair Beynəlxalq Konvensiya”ya həsr
olunmuş konfrans keçirilib. Tədbirin plenar iclasında məruzəçilərdən Anar
Bağırov və Kollegiyanın üzvü Yunis Nəsibov çıxış edib.
Eyni
zamanda, aprelin 18-də Avropa Şurasının ölkəmizə səfərə gələn nümayəndə heyəti
– Robert Qolobinek və Nino Bakakuri ARVK-da olublar. Qonaqlarla Kollegiyanın sədr
müavini Şahmar Məmmədov, VK-nın Baş katibi Bayram Orucov, sədrin müşaviri Fərhad
Nəcəfov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova arasında
görüş keçirilib.
22-29
aprel tarixlərində isə Estoniya Vəkillər Birliyinin nümayəndə heyəti ölkəmizdə
səfərdə olub. Qonaqlarla Vəkillər Kollegiyasının nümayəndələri arasında görüş
keçirilib, eyni zamanda, onlar Ali Məhkəməni və “Kamandar Nəsibov və Partnyorları”
VB-ni ziyarət ediblər.
Sevindirici
haldır ki, aprelin 29-da ARVK EYBA-ya rəsmi olaraq üzv qəbul olunub. Bu isə
Kollegiyanın beynəlxalq arenada daha bir uğurudur.
Mayın
2-də isə ARVK-nın sədri Anar Bağırovun rəhbərliyi ilə BMT-nin İnsan Hüquqları
üzrə Ali Komissarlığının Cənubi Qafqaz ofisinin rəhbəri və nümayəndələri
arasında VK-da görüş
olub, tərəflər arasında mövcud əməkdaşlıq münasibətlərininin yüksək qiymətləndirdiyi
və gələcəkdə birgə layihələrin keçirilməsi üçün bu cür mütəmadi görüşlərin
vacibliyi vurğulanıb.
Həmçinin,
mayın 12-də “The Ritz-Carlton” mehmanxanasında beynəlxalq ekspertlərin iştirakı
ilə “Beynəlxalq Kommersiya və İnvestisiya Arbitrajları” mövzusunda konfrans
keçirilib, Kollegiyanın sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib.
Bundan
əlavə, 15 may tarixində Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Petr Zix ARVK-da olub, Kollegiyanın sədri Anar Bağırov çıxış edib.
Eyni
zamanda, mayın 17-də VK-nın sədri Anar Bağırovun rəhbərliyi ilə ABŞ-nin nüfuzlu universitetlərindən
olan Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin “Beynəlxalq Hüquq
Araşdırmaları Proqramı”nın rəhbəri (ILSP), professor Padideh Ala’i və universitetin
“Xarici və Beynəlxalq Proqramlar”ının rəhbəri,
professor Melanija Radnovic arasında Kollegiyada görüş keçirilib.
Mayın
18-də isə ARVK-nın sədri Anar Bağırovun rəhbərliyi ilə ABŞ Kommersiya
Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) nümayəndəsi
Skip Mark və ABŞ-nin ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi
Yusif Abasov arasında VK-da görüş olub, təlim və s. istiqamətində müzakirələr
aparılıb.
Həmçinin,
iyunun 1-də türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə
həsr edilən “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi”
mövzusunda beynəlxalq konfrans çərçivəsində Qırğızıstan Respublikası Vəkillər
Şurasının sədri Bilim Rayımkulov və Qırğızıstan (Şuranın) Respublikası Vəkillər Şurasının
üzvü, vəkil Saipjan Murzakmatov VK-da olublar və hər iki qurum arasında
memorandum imzalanıb.
İyunun 2-də isə Bakıda ARVK-nın və Özbəkistan
Respublikasının Vəkillər Palatasının birgə təşəbbüsü ilə türk dünyasının ilk
qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən “Gender bərabərliyi
beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans
keçirilib, VK-nın sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib. Sonra Sürəyya
Ağaoğlunun həyat və yaradıcılığına həsr olunan film nümayiş olunub. On ölkənin nümayəndə heyətinin, ümumilikdə isə
200-dən çox yerli və xarici qonaqların iştirak etdiyi tədbirdə Konfrans
iştirakçıları tərəfindən “Gender bərabərliyinin təmin edilməsi üzrə” Birgə Bəyanat
qəbul edilib: -
“Gender bərabərliyi beynəlxalq insan hüquqları hüququnun
bir hissəsi kimi”
Gender bərabərliyini
beynəlxalq insan hüquqları hüququnun tərkib hissəsi kimi qəbul edərək,
Konfransda
iştirak edən ölkələrdə və bütün dünyada gender siyasətinin həyata keçirilməsinin
nəticələrinin qiymətləndirilməsinin vacibliyini vurğulayaraq,
Qadın və
uşaqların hüquqlarının həyata keçirilməsi təcrübəsini nəzərə almaqla, gender bərabərliyinin
təmin edilməsinə yönəlmiş tədbirlərin hazırlanmasında kompleks yanaşmanı
formalaşdırmaqla,
Qadınların idarəçilikdə
səlahiyyətlərinin artırılmasına nail olmaq öhdəliyini dəstəkləməklə,
Gender bərabərliyi
ilə bağlı problemlərinin həlli yollarının və vasitələrinin işlənib hazırlanması
ehtiyacını dərk edərək,
Hüquqları
pozulmuş şəxslərə keyfiyyətli hüquqi yardımın göstərilməsində, ayrı-seçkiliyin
qarşısının alınmasında, o cümlədən şəxslərə qarşı zorakılığın aradan
qaldırılmasında hüquqşünasların, xüsusilə də vəkillərin rolunun vacibliyini
vurğulayaraq,
Konfrans
iştirakçıları bəyan edirlər:
1. Peşəkar
bacarıqlarının mahiyyəti etibarı ilə insan hüquqları uğrunda mübarizə aparan
hüquqşünasları və hüquq peşəsinin digər nümayəndələrini gender bərabərliyinin təmin
edilməsi ilə bağlı müxtəlif qurumlarda qadınların maraqlarının müdafiəsi üçün səy
göstərməyə çağırmaq;
2. Təqib,
ayrı-seçkilik və zorakılığın qurbanı olan qadınlara səmərəli hüquqi dəstək və
ödənişsiz hüquqi xidmətlər (pro bono) göstərmək öhdəliyini bir daha təsdiqləyərək
möhkəm iradəni ifadə etmək;
3. Qızlar üçün
ödənişsiz təhsilin təmin olunması, eləcə də qızların cəmiyyətdə
rolunun
artırılaraq bərabər təhsil imkanları üçün şəraitin yaradılması ilə bağlı
onların maraqlarının müdafiəsi üçün səy göstərməyə çağırmaq;
4. Bütün vəkilləri
gender məsələlərinə həssas yanaşmağa və qadın və kişilərin bərabər hüquqlarını
məhdudlaşdıran maneələri aradan qaldırmaq üçün öz səylərini, bilik və
bacarıqlarını tətbiq etməyə çağırmaq;
5. Bütün maraqlı
tərəflərin gender bərabərliyinin təmin olunmasına və qadınların idarəçilikdəki
rolunun artırılmasına cəlb olunmasını tövsiyə edərək bu istiqamətdə öz səylərini
gücləndirməyə çağırmaq;
6. Cəmiyyətdə
gender balansına nail olunmasının təşviqinə yönəlmiş müxtəlif tədbirlərin
(seminarlar, treninqlər, dəyirmi masalar, konfranslar) keçirilməsini dəstəkləmək.
İyunun
6-da isə ARVK-nın sədri Anar Bağırovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri
Yan Lidel-Qreyngerin və Liz Kristofersen arasında VK-da görüş keçirilib və sədr
çıxış edib.
Eyni
zamanda, 15-16 iyun tarixlərində Polşanın paytaxtı Varşava şəhərində Varşava
VK-nın təşkilatçılığı ilə "Müasir Vəkillər Kollegiyası: Yeni
"LegalTech" Çağırışları - Avropada "LegalTech" mövzusunda
beynəlxalq konfrans keçirilib. Konfransda ARVK-nı "Biznes hüququ" və
"Elektron Vəkillik" Komitələrinin üzvü İlham Hüseynov təmsil edib.
15-17
iyun tarixlərində isə Niderland Krallığının paytaxtı Amsterdam şəhərində
keçirilən FBE-nin ümumi qurultayında ARVK həmin təşkilata tamhüquqlu üzv olaraq
qəbul olunub. Konqresdə Kollegiyanın sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvü
Elçin Usub, Baş katib Bayram Orucov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin
Abbasovadan ibarət nümayəndə heyəti iştirak edərək təqdimatla çıxış ediblər.
Həmçinin,
19-20 iyun tarixlərində ARVK sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti
Belçika Krallığının paytaxtı Brüssel şəhərində rəsmi səfərdə olub. Səfər çərçivəsində
Brüssel Vəkillər Kollegiyasının Niderland dilli bölməsinin prezidenti Bernard Derveaux
ilə görüş keçirilib, habelə nümayəndə heyəti AEA-EAL-in illik ümumi
yığıncağında iştirak edib və CCBE-nin baş ofisini ziyarət edib. Daha sonra, ən
nüfuzlu ali təhsil ocaqlarından olan Löven Katolik Universiteti (KU Leuven)
hüquq fakültəsinin rəhbərliyi ilə ARVK nümayəndə heyəti arasında hüquq təhsili
və təcrübəsinin sıx inteqrasiyasının təmin edilməsi, vəkillərin peşə fəaliyyətinin
yaxşılaşdırılması məqsədilə qarşıdakı dönəm üçün əməkdaşlıq perspektivlərinin
müzakirəsi aparılmışdır. Bundan başqa, Avropa Parlamentində görüş keçirilmişdir.
Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə
edilmişdir. Eyni zamanda, Avropa İttifaqı Avropa Xarici Fəaliyyət Xidmətinin
İnsan Hüquqları üzrə işçi qrupunun sədri, Drahoslav Stefanek ilə görüş
keçirilmiş, gələcəkdə birgə layihələrin keçirilməsi ilə bağlı fəaliyyətin təşkili
üçün korrespondensiyanın başlanması razılaşdırılmışdır. Daha sonra, nümayəndə
heyəti “Pravolex” VB-nin rəhbərləri, Brüssel Vəkillər Kollegiyasının üzvləri,
Anna Sussarova və Anna Kolesnikova ilə görüşüblər. Görüşdə vəkillik fəaliyyətinə
dair məsələlər müzakirə olunub.
23-24
iyun tarixlərində isə ARVK-nın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə
heyəti Gürcüstanda səfərdə olub, Tbilisi
şəhərində Gürcüstan Vəkillər Assosiyasiyasının (GVA) yeni inzibati binası – “Vəkillər Evi”nin rəsmi
açılış mərasimində iştirak edib.
Bundan
əlavə, iyulun 4-də Bakıda Azərbaycanın Konstitusiya Məhkəməsinin 25 illik
yubileyi ilə əlaqədar “Konstitusiya normalarının tətbiqi vasitəsilə
qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib və
Kollegiyanın sədri Anar Bağırov təbrik nitqi ilə çıxış edib.
Eyni
zamanda, 28 sentyabr - 1 oktyabr tarixlərində EYBA, İngiltərə və Uels Gənc Vəkillər
Kollegiyasının (İUGVK), Gənc Vəkillər Bölməsinin və London Gənc Vəkillər
Qrupunun birgə təşkilatçılığı ilə London şəhərində EYBA-nın beynəlxalq tədbiri
keçirilib. ARVK-nın EYBA-da səlahiyyətli nümayəndəsi Yunis Nəsibov sözügedən tədbirə
qatılıb və Kollegiyanın nəzdində yeni təsis edilmiş “Gənc Vəkillər” Komitəsini
EYBA üzvlərinə təqdim edib.
21-23
sentyabr tarixlərində isə ARVK sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin
üzvləri - Lalə Nağıyeva ilə Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova
FBE ilə Portuqaliya VK-nın birgə dəvəti ilə “2023-cü il Lissabon Sammiti”ndə
iştirak etmək üçün Lissabon şəhərində rəsmi səfərdə olub və nümayəndə heyətimiz
çıxış edib.
Həmçinin,
1-2 oktyabr tarixlərində ARVK sədri Anar Bağırov və Kollegiyanın Rəyasət Heyətinin
üzvü Elçin Usub İngiltərə və Uels Hüquq Cəmiyyəti (İUHC) ilə İngiltərə və
Uels Vəkillər Kollegiyasının (İUVK) birgə dəvəti ilə “Hüquq İli”nin açılış mərasimində
iştirak etmək üçün London şəhərində rəsmi səfərdə olub. Gələcək əməkdaşlığın
gücləndirilməsi məqsədilə ARVK sədri ilə Ukrayna Milli Vəkillər Kollegiyasının
vitse-prezidenti Valentin Qvozdiy, o cümlədən beynəlxalq təşkilatların və bir
sıra ölkələrin vəkillər kollegiyalarının rəhbərləri arasında ikitərəfli görüşlər
keçirilib, təcrübə mübadiləsi, habelə İUHC və İUVK çərçivəsində gələcək əməkdaşlığın
perspektivləri barədə müzakirələr aparılıb.
5-7
oktyabr tarixlərində isə ARVK-nın sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvü
Vüqar Babayev və Vəkillərin İntizam Komissiyasının sədr müavini Elxan Quliyev
Qazaxıstan Milli Vəkillər Kollegiyasının dəvəti ilə "Qanunun aliliyinə əsaslanan
güclü vəkillik peşəsi" adlı VII Qazaxıstan Beynəlxalq Vəkillər Forumunda
iştirak etmək üçün Astana şəhərində rəsmi səfərdə olub, sədr geniş təqdimatla
çıxış edib.
Eyni
zamanda, 5-7 oktyabr tarixlərində Polşanın Qdansk şəhərində FBE-nin Konqresi və
iclasları keçirilib, ARVK-nı Rəyasət Heyətinin üzvü Elçin Usub təmsil edib.
Həmçinin,
12-13 oktyabr tarixlərində ARVK-nın sədri Anar Bağırov və Kollegiyanın Baş
katibi Bayram Orucov Avropa Şurasının dəvəti ilə “Türkmənistanda ədalət mühakiməsinə
çatımlılığın təşviqi: Beynəlxalq və Avropa hüququ və təcrübəsində vəkilin rolu”
adlı beynəlxalq konfransda iştirak etmək üçün Aşqabad şəhərində rəsmi səfərdə
olub və orada yeni təsis ediləcək vahid Vəkillər Kollegiyasında Azərbaycan təcrübəsi
nəzərə alınıb.
Oktyabr
ayının 25-də isə İtaliyanın paytaxtı Roma şəhərində Vəkillərin Beynəlxalq
Assosiasiyasının (UIA) Baş Assambleya iclası keçirilib. Sözügedən tədbirə
ARVK-nın UIA yanında rəsmi nümayəndəsi, “Elektron Vəkillik” Komitəsinin üzvü
İlham Hüseynov qatılıb.
Bundan
əlavə, 9-11 noyabr tarixlərində Kollegiyanın sədri Anar Bağırov və ARVK-nın
AEA-EAL-dəki təmsilçisi Şərəf Məmmədova və Aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin
müdiri Nərmin Abbasova AEA-EAL ilə GVA-nın birgə dəvəti ilə “Vəkillər üçün
Biznes və İnsan Hüquqları” mövzusuna həsr olunmuş beynəlxalq konfransda və
Gürcüstanda Vəkil Günü münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün
Tbilisi şəhərində rəsmi səfərdə olub və nümayəndə heyəti müxtəlif sessiyalarda
çıxış edib.
Noyabrın
17-də isə Avropa Şurasının Azərbaycandakı Ofisinin və Bakı Dövlət
Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə Avropa İnsan
Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 70 illiyinə həsr olunmuş “Avropa
İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər”
mövzusunda beynəlxalq konfrans keçirilib, Kollegiyanın sədr müavini Şahmar Məmmədov
çıxış edib.
Eyni
zamanda, 21-24 noyabr tarixlərində ARVK-nın üzvü Famil Məmmədov Paris Vəkillər
Kollegiyasının (PVK) dəvəti ilə “Hüquq İli”nin açılış mərasiminə həsr olunmuş
silsilə tədbirlərdə iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərində rəsmi
səfərdə olub.
23-24
noyabr tarixlərində isə ARVK sədri Anar Bağırov və Kollegiyanın Rəyasət Heyətinin
üzvü Elçin Usub Yunanıstanın Afina Vəkillər Kollegiyasının dəvəti ilə CCBE-nin
plenar iclasında iştirak etmək üçün Afina şəhərinə rəsmi səfərə gedib. Plenar
iclasda CCBE-yə yeni prezident heyəti seçilib.
Bundan
başqa, 24-27 noyabr tarixlərində ARVK-nın LAWASIA-dakı səlahiyyətli nümayəndəsi,
Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova və Komitənin üzvü Gülnar
Qurbanova HVK-nın dəvəti ilə LAWASIA-nın 36-cı konfransında iştirak etmək üçün
Hindistanın Benqaluru şəhərində rəsmi səfərdə olub. Konfransda Hindistanın Ali
Vəkili Shyam Divan LAWASIA-nın yeni prezidenti seçilib.
Noyabrın
27-28 tarixlərində isə ARVK-nın Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər
Alyansının sədri Dilarə Əfrasiyabova və Vəkillərin İntizam Komissiyasının üzvü,
“Kəngərli və Partnyorları” VB-nin
rəhbəri İsmayıl Kəngərli Hindistan Milli Hüquqi Xidmətlər İdarəsi
(NALSA), Beynəlxalq Hüquq Fondu (ILF), BMT-nin İnkişaf Proqramı (UNDP) ilə
BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə Hindistan Ali Məhkəməsində
(HAM) hüquqi yardıma çatımlılıq üzrə 1-ci regional Konfrans: “Qlobal Cənubda ədalət
mühakiməsinə çatımlılığın genişləndirilməsi” mövzusunda keçirilmiş beynəlxalq
konfransda iştirak ediblər. Konfransda Hindistanın Prezidenti Droupadi Murmu,
Hindistanın Vitse-prezidenti Jagdeep Dhankhar və digər rəhbər şəxslər qatılıb.
Eyni
zamanda, noyabrın 30-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsman), BMT-nin Azərbaycan Nümayəndəliyinin və ARVK-nın birgə təşkilatçılığı
ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan
Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün
universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans
keçirilib və Kollegiyanın sədri Anar Bağırov giriş sözü ilə çıxış edib.
Bundan
başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə dekabrın 7-də “Məişət zorakılığının qarşısının alınması: imkanlar və
perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə ARVK Rəyasət
Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova, Rəyasət
Heyətinin üzvü Lalə Nağıyeva, Vəkillərin İntizam Komissiyasının üzvü Esmira
Hüseynova, Kollegiyanın üzvləri - Leyla Məmmədova, Sevda Məhərrəmova, Şəfa
Camalzadə, Sevinc Əliyeva, Aygül Rəfiyeva, Ayşə Abdel Qadir, Aynur Hüseynova
iştirak edib.
Həmçinin,
dekabrın 1-də ARVK-da Misir Ərəb Respublikasının Dövlət Şurasının (Ali İnzibati
Məhkəməsi) nümayəndə heyəti ilə görüş keçirilib və Kollegiyanın sədr müavini
Şahmar Məmmədovla VK-nın Baş katibi Bayram Orucov çıxış ediblər.
Beynəlxalq əməkdaşlıq
çərçivəsində keçirilən təlimlər və seminarlar
Məlum
olduğu kimi, VK-nın Hüquqi Yardım və Tədris Mərkəzində (HYTM) 2022-ci ilin 4-5,
10-11, 16-17, 21-22, 23-25 və 28-29 noyabr tarixlərində UNİCEF-in Azərbaycan
nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində "Uşaqyönümlü hüquqi yardım
- uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində
vəkilin fəaliyyəti" mövzusunda təlimlər baş tutmuşdu. Yüz üç vəkilin
iştirak etdiyi təlim ümumilikdə 6 qrup olmaqla təşkil edilmişdi. Təlimçi
qismində VK-nın üzvü, uşaq hüquqları üzrə ekspert Rafiq Alışov iştirak
etmişdi. 2023-cü il yanvarın 12-də sözügedən təlimin bağlanış mərasimi
keçirilib və iştirakçılara sertifikatlar təqdim olunub.
Fevralın
6-da isə Avropa İttifaqı və Avropa Şurasının təşkilatçılığı ilə həyata keçirilən
“Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası
sahəsində fəaliyyətin gücləndirilməsi” layihəsi üzrə ARVK üzvləri üçün “Çirkli
pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskləri” mövzusunda
seminar təşkil olunub və Kollegiyanın sədr müavini Aydın Axundov çıxış
edib.
Eyni
zamanda, mayın 3-də Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən
icrasının gücləndirilməsinə dəstək layihəsi çərçivəsində İnsan Hüquqları üzrə
Avropa Konvensiyasının 3,5 və 6-cı maddələrinə dair təlimçilər üçün təlim təşkil
edilib. Üçgünlük təlimlər VK, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri
Mərkəzi (Mərkəz), Hüquq və İnsan haqları İnstitutu və Avropa Şurasının birgə təşkilatçılığı
ilə həyata keçirilib.
Bundan
başqa, 11 iyul tarixində ELSA Azərbaycanın (Avropa Hüquqşünas Tələbələr
Assosiasiyası) təşkilatçılığı, ARVK və Ali Məhkəməsinin dəstəyi ilə Bakı şəhərində
“Biznes hüququ” mövzusunda VII beynəlxalq yay hüquq məktəbinin açılış mərasimi
baş tutub. İyirmidəm çox ölkədən ümumilikdə 70 tələbənin iştirak etdiyi yay
hüquq məktəbi iyul ayının 16-na qədər davam edib.
12-14
iyul tarixlərində isə “Fairmont Baku” mehmanxanasında ABŞ-nin Kommersiya
Departamentinin “Kommersiya hüququnun inkişafı proqramı” ilə (CLDP) ARVK-nın əməkdaşlığı
çərçivəsində Kollegiya və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham)
üzvləri üçün beynəlxalq arbitraj hüququna dair üçgünlük praktiki təlim
keçirilib, VK-nın sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib.
Eyni
zamanda, Kollegiyanın üzvü Nurəngiz Qarayeva İnsan Hüquqları üzrə Avropa Məhkəməsində
təcrübə keçib. Təcrübə proqramı 11-21 iyul tarixlərini əhatə edib.
ARVK
ilə Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə əməkdaşlığı çərçivəsində
sentyabr ayının 12-də Şirvan şəhərində yerləşən Olimpiya İdman Kompleksində və
sentyabrın 14-də isə Lənkəran
şəhəri ərazisindəki “Luxe Hotel”də Kollegiyanın üzvləri, prokurorluq, ədliyyə
qurumlarının əməkdaşları və hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasının
6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə təlimlər keçirilib.
Sentyabrın
29-da isə hüquq peşəkarları üçün İnsan Hüquqları sahəsində Təhsil Proqramının
(HELP) “Hakimlər, Prokurorlar və Vəkillər üçün Etik Qaydalar” adlı təlim kursunun
açılış mərasimi keçirilib. Hibrid formatda keçirilən açılış mərasimində
ARVK-nın sədr müavini – HYTM-nin direktoru Şahmar Məmmədov çıxış edib.
Bundan
başqa, sentyabrın 27-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən,
VK ilə əməkdaşlıq çərçivəsində və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın
vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün “BMT-nin insan hüquqları
mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və
hesabatlılıq”, oktyabrın 12-də “Yetkinlik yaşına çatmayanlarla bağlı ədalət
mühakiməsinin həyata keçirilməsi. Beynəlxalq standartlar”, oktyabrın 20-də
“BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının
monitorinqi və hesabatlılıq” və habelə noyabr ayının 16-17-si tarixlərində isə
“BMT-nin qadın hüquqlarının müdafiəsi sahəsində mexanizmləri” mövzuları üzrə təlimlər
keçirilib.Təlimlərdə Kollegiyanın üzvləri də iştirak edib.
Bundan
əlavə, 15 noyabr tarixində ARVK HYTM-də Avropa İnsan Hüquqları Məhkəməsinin
hakimi, hüquq elmlər doktoru, professor Lətif Hüseynovla hüquq ictimaiyyətinin
nümayəndələri arasında görüş keçirilib, hüquq ictimaiyyəti ilə qarşılıqlı fikir
mübadiləsi aparılıb.
Həmçinin,
noyabrın 24-də Naxçıvan MR-da “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin
bölmə iclasları keçirilib. İclasda Vəkillər Kollegiyasının Akademiyasının
rektoru, h.e.d. Əmir Əliyev "Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri"
mövzusunda çıxış edərək diqqətə çatdırıb ki, ARVK-nın sədri Anar Bağırovun təşəbbüsü
ilə “Qərbi Azərbaycandan deportasiya edilmiş Azərbaycanlıların pozulmuş
hüquqları haqqında Kompleks Beynəlxalq Hesabat”ın hazırlanması təklifi irəli
sürülüb. Təklif müzakirə olunaraq dəstəklənib. Bildirilib ki, Azərbaycan hüquq
cəmiyyətinə müraciət edilərək bu layihəyə dəstək verilməsi zəruri hesab edilib.
Noyabr
ayının 25-də isə ARVK və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin
birgə əməkdaşlığı ilə təşkil olunmuş "Beynəlxalq humanitar hüquq sahəsində
aktual çağırışlar" adlı növbəti təlim keçirilib və Kollegiyanın 21 üzvü
iştirak edib.
Eyni
zamanda, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi
(BMT QAK Azərbaycan), Dövlət Miqrasiya Xidməti (DMX), Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq
Şurası ilə birgə əməkdaşlıq çərçivəsində, “Sığınacaq axtaran və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycanın milli məhkəmə sisteminə çıxış imkanlarının
artırılması” mövzusunda ikigünlük seminar keçirilib və VK-nın sədr müavini Pərviz
Ələkbərov və Baş katibi Bayram Orucov çıxış ediblər.
RƏYASƏT
HEYƏTİNİN İCLASLARI VƏ İNTİZAM İCRAATLARI
2023-cü
il ərzində VK Rəyasət Heyətinin 20 iclası keçirilib, müvafiq qərarlar qəbul
edilib. Bundan başqa, hesabat ili ərzində Vəkillərin İntizam Komissiyasının 22
iclası keçirilib. Eyni zamanda, Rəyasət Heyətinə qeyd edilən il ərzində 832
şikayət və müraciət daxil olub. Bunlardan 614-ü (74%) ilə bağlı intizam icraatı
başlanılmayıb, 218-si (26%) barədə isə intizam icraatı başlanılıb. Şikayət və
müraciətlərə gəldikdə isə 47-si (21%) dövlət orqanlarından, 43-cü (20%)
qeyri-dövlət təşkilatlarından və 128-si (59%) isə vətəndaşlardan daxil olub.
Hesabat
ili ərzində Vəkillərin İntizam Komissiyasında qəbul edilən rəylər üzrə Rəyasət
Heyəti tərəfindən 217 qərar çıxarılıb. Belə ki, 33 (15%) intizam tənbehi tətbiq
edilmədən xəbərdarlıq, 21 (10%) irad, 20 (9%) töhmət, 80 (37 %) pozuntu müəyyən
olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına
xitam vermə, 46 (21%) qiymət verilməsinin mümkün olmaması, 9 (4%) vəkillik fəaliyyətinin
müəyyən müddətə dayandırılması, 8 (4%) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar
məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb.
2023-cü il üzrə
intizam icraatlarına dair statistik məlumatlar
Rəyasət Heyətinə daxil olan şikayət və müraciətlər
Rəyasət Heyətinə daxil olmuş şikayət və
müraciətlərin sayı |
İntizam icraatı başlanılmamışdır |
İntizam icraatı başlanılmışdır |
832 |
614 (74%) |
218 (26%) |
İntizam icraatı
başlanılmış işlər üzrə məlumatlar
Dövlət orqanlarından daxil olmuş şikayət
və müraciətlər |
Qeyri-dövlət təşkilatlarından daxil
olmuş şikayət və müraciətlər
|
Vətəndaşlardan daxil olmuş şikayət və
müraciətlər |
47 (21%) |
43 (20%) |
128 (59%) |
Vəkillərin İntizam Komissiyası tərəfindən 2023-cü il üzrə 218 intizam icraatı və
2022-ci ildən davam etdirilən 66 intizam icraatı üzrə qəbul edilmiş rəylər
İntizam icraatlarının sayı |
2023-cü ildə şikayət və müraciətlər əsasında
başlanılmış intizam icraatlarının sayı
|
2022-ci ildən davam etdirilən intizam
icraatlarının sayı |
Pozuntu müəyyən edilmişdir
|
Pozuntu müəyyən edilməmişdir |
Qiymət verilməsi mümkün olmamışdır |
İntizam icraatına xitam verilmişdir
|
İcraatı dayandırılmışdır |
Araşdırma davam etdirilir |
284 |
218 |
66 |
117 ( 41%) |
37 (13%) |
53 (19%) |
46 (16%) |
0 (0%) |
31 (11%) |
Vəkillərin
İntizam Komissiyasında qəbul edilmiş rəylər üzrə Rəyasət Heyəti tərəfindən
2023-cü il üzrə çıxarılmış qərarlar
Cəmi
|
İntizam
tənbehi tətbiq edilmədən xəbərdarlıq edilmişdir |
İrad |
Töhmət |
Pozuntu
müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və sair əsaslarla
intizam icraatına xitam vermə |
Qiymət
verilməsinin mümkün olmaması |
Vəkillik
fəaliyyətinin müəyyən müddətə dayandırılması |
Üzvlükdən
xaric olunma ilə əlaqədar məhkəməyə müraciət olunması (vəkillərin sayı)
|
217 |
33 (15%) |
21 (10 %) |
20 (9 %) |
80 (37 %) |
46 (21%) |
9 (4%) _____________ *
1 il - 3 nəfər *
6 ay - 4 nəfər *
3 ay - 2 nəfər |
8 (4 %)** __________________ *
5 nəfər - vətəndaşlardan daxil olan müraciətlər əsasında *
1 nəfər - dövlət orqanlarından daxil olan müraciətlər əsasında *
2 nəfər – VB-lərdən daxil olan müraciətlər əsasında |
**5 nəfər vətəndaşlardan daxil olan müraciətlər üzrə
- müqavilədən əlavə qeyri-rəsmi pul, vəkilin heç bir iş görməyib aldığı pulu
geri qaytarmaması, müştəriyə işin onun lehinə həllinin söz verərək işi həll etmək
üçün ondan pul tələb etməsi.
2 nəfər VB-lərdən daxil olan müraciət üzrə - üzvlük
haqqı borcunu ödəməmə.
1 nəfər dövlət orqanın müraciəti əsasında -
qeyri-prosessual münasibət ilə bağlı.
VƏKİLLİKDƏ İNNOVASİYALARIN TƏTBİQİ -
ELEKTRON XİDMƏTLƏR
Məlum
olduğu kimi, vəkillikdə innovasiyaların tətbiqi məsələsi hər zaman xüsusi həssaslıqla
yanaşılan hallardan biridir. Vətəndaşların hüquqi yardıma çatımlılığını təmin
etmək üçün VK-nın veb-saytında bütün vəkil qurumlarının və vəkillərin onlayn
reyestri yaradılıb və buradakı bütün informasiyaların yenilənməsi daim təmin
edilməkdədir.
Xüsusilə
vurğulayaq ki, Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və
Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və
müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində "Mediasiya
haqqında" Qanunun tətbiqinə dəstək", "Ədliyyə sistemində İKT və
transformativ texnologiyaların tətbiqi zamanı şəxsi məlumatların qorunması üzrə
strategiyanın hazırlanması" fəaliyyətlərinin icrası uğurla davam
etdirilir. Bu fəaliyyətlərlə bağlı qeyd edilən il ərzində VK-nın rəhbərliyi ilə
Azərbaycana gələn beynəlxalq ekspert qrupları arasında bir neçə dəfə görüş
olub.
Belə
ki, yanvarın 27-də “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə
infrastrukturu” Layihəsi üzrə Dünya Bankının layihə rəhbəri Eva Melisin
başçılıq etdiyi nümayəndə heyəti ilə, fevralın 10-da isə Bankın fərdi məlumatların
qorunması üzrə məsləhətçisi İvar Tallo, Bankın hüquqi məsələlər üzrə məsləhətçisi
Karsten Mankhen və Mediasiya üzrə ekspert Leonardo D"Urso ilə VK-da görüş
keçirilib.
Bundan
başqa, 03 mart tarixində isə VK ilə Ədliyyə Nazirliyinin əməkdaşlığı çərçivəsində
hazırlanmış dövlət hesabına hüquqi yardımın göstərilməsinə dair məhkəmə qərarlarının
mərkəzləşdirilmiş elektron bölünməsi üzrə proqram təminatının təqdimetmə mərasimi
keçirilib.
Eyni
zamanda, oktyabr ayının 27-də HYTM-də Dünya Bankının dövlət sektoru üzrə mütəxəssisi,
“Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsinin
Tapşırıq üzrə Qrup Rəhbəri Eva Melisin başçılıq etdiyi nümayəndə heyəti ilə
növbəti dəfə görüş keçirilib, VK-nın sədr müavini Şahmar Məmmədov çıxış edib.
Həmçinin,
"Elektron vəkil orderi"nə keçidlə bağlı pilot layihə olaraq qoşulan vəkil
bürolarının təmsilçiləri ilə HYTM-də təlimat xarakterli təlimlər təşkil olunub.
Noyabr
ayının 29-da isə NMRVK-da "Elektron vəkil kabineti"nin imkanları və
elektron müraciət qaydalarına dair vəkillər üçün təlim keçirilib, ARVK-nın
üzvü, Elektron Vəkil Komitəsinin sədri Nihad Əliyev iştirak edib.
Həmçinin,
dekabrın 1-də ARVK-da Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib və
Kollegiyanın sədr müavini Şahmar Məmmədovla VK-nın Baş katibi Bayram Orucov
çıxış ediblər.
Bundan
başqa, dekabrın 23-də isə VK-nın təşkilatçılığı ilə Azərbaycan hökumətinin Dünya
Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi
ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi çərçivəsində vəkillər
üçün “Elektron kabinetdən istifadə qaydaları” mövzusunda distant təlim
keçirilib, “Arpa Consulting” şirkətinin hüquqşünası, Kollegiyanın üzvü İlkin Məmmədov
“Elektron Məhkəmə Kabineti” adlı məruzə ilə çıxış edib.
YERLİ
ƏMƏKDAŞLIQ
Yanvarın
30-da ARVK ilə Qarabağ Dirçəliş Fondu (QDF) arasında işgüzar görüş keçirilib. Tədbirdə
Kollegiyanın sədri Anar Bağırov iştirak edib. Görüşün sonunda QDF tərəfindən
Fonda ianə edən 37 quruma “İanə sertifikat”ları təqdim olunub.
Bundan
başqa, fevralın 2-də ARVK ilə ölkəmizdə yerləşən çoxsaylı idman mərkəzlərinə məhdudiyyətsiz
giriş imkanı verən “Push30” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, vəkillər Bakı, Gəncə, Sumqayıt, Xırdalan və digər şəhərlərdə
fəaliyyət göstərən xeyli sayda fitnes mərkəzinə limitsiz giriş imkanı əldə
edirlər.
Bundan
əlavə, 24-28 fevral tarixlərində VK ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı
çərçivəsində Kollegiya üzvləri üçün onlayn qaydada ixtisasartırma təlimləri
keçirilib. 120 vəkilin qatıldığı təlimdə VK üzvü Sadiq Bağırov
"Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi – İşgəncələrin qadağan
olunması", Kollegiya üzvü Sevinc Əliyeva "Qadınların ədalət mühakiməsinə
çatımlılığı" və Kollegiya üzvü Ruslan Vəliyev isə "İnsan alveri
qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış" mövzularında təlimçi
qismində çıxış ediblər.
Martın
9-da ARVK rəhbərliyi Naxçıvan Dövlət Universitetində rektor, professor-müəllim
heyəti və tələbələrlə görüşüb, müzakirələr aparıblar. Sonra Kollegiyanın fəaliyyətinə
dair videoçarx nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb. Daha
sonra əməkdaşlıq haqqında memorandum imzalanıb.
Eyni
zamanda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Xidməti tərəfindən 15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi
Gününə həsr olunmuş “İstehlakçı hüquqlarının müdafiəsi” mövzusunda konfrans təşkil
edilib və Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub çıxış edib.
Bundan
başqa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Xidməti, VK-nın Biznes Hüququ Komitəsi və Azərbaycanda Amerika Ticarət Palatasının
(AmCham) birgə təşkilatçılığı ilə təlim keçirilib. “Azərbaycanda rəqabət
hüququnun praktiki məsələləri” mövzusunda baş tutan təlimdə Kollegiyanın 60-dan
çox üzvü iştirak edib.
12-28
aprel tarixlərində isə VK ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində
Kollegiya üzvləri üçün növbəti ixtisasartırma təlimləri təşkil olunub. 175 vəkilin
qatıldığı təlimdə VK-nın üzvləri - Asif Mustafayev “Uşaqların onlayn cinsi
istismarı və kibercinayətinə qarşı mübarizə”, Vüsal Kazımzadə “Müflisolmanın hüquqi
əsasları və təcrübə”, Fərid Həsənov “Qəsdin əmələ psixoloji münasibətdə növü,
formaları, tövsif zamanı müəyyən edilmə əsasları” və habelə Kollegiyanın Rəyasət
Heyətinin üzvü Lalə Nağıyeva “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı”
mövzularında təlimçi qismində çıxış ediblər.
Eyni
zamanda, aprelin 19-da “Heydər Əliyev İli” çərçivəsində Konstitusiya Məhkəməsi
tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində
müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib
və ARVK-nın sədri Anar Bağırov çıxış edib.
Bundan
əlavə, aprelin 20-i Azərbaycanın Ali Məhkəməsinin təşəbbüsü ilə yaradılan
Femida Dialoq Platforması çərçivəsində VK rəhbərliyi və üzvləri ilə görüş və
müzakirələr keçirilib.
Mayın
3-də isə DİN-in Polis Akademiyasında “Heydər Əliyev və müasir Azərbaycan”
adlı respublika elmi-praktik konfransı keçirilib. Konfransda VK-nın sədri Anar
Bağırov iştirak edib və sonda Polis Akademiyası və Kollegiya arasında birgə əməkdaşlıq
haqqında Anlaşma Memorandumu imzalanıb.
“Heydər
Əliyev İli” münasibəti ilə mayın 4-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə
“Fairmont Baku” hotelində “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix,
zaman və nailiyyətlər” mövzusunda geniş konfrans keçirilib, Kollegiyanın sədri
Anar Bağırov "Ümummilli lider və vəkillik institutunun inkişafı"
mövzusunda çıxış edib.
Bundan
başqa, ARVK-nın sədri Anar Bağırov BDU-nun Hüquq fakültəsində Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ulu Öndər
Heydər Əliyev hüquqi islahatların banisidir” mövzusunda konfransa qatılıb və
“Heydər Əliyev və müstəqil Azərbaycan vəkilliyi” mövzusunda çıxış edib.
19
may tarixində isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı,
ARVK və Ali Məhkəmənin tərəfdaşlığı ilə “Nikahın xitamı ilə bağlı ailə
qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfrans
keçirilib və Kollegiyanın sədri Anar Bağırov çıxış edib.
Ali
Məhkəmənin sədrinin təşəbbüsü ilə yaradılan Femida Dialoq Platforması çərçivəsində
ARVK-nın üzvləri ilə keçirilən dialoqun davamı olaraq, iyunun 9-da Şirvan
Apellyasiya Məhkəməsində Kollegiyanın sədr müavini Şahmar Məmmədovun, Şirvan
Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin, məhkəmənin hakimlərinin və ərazi
yurisdiksiyasında fəaliyyət göstərən VK üzvlərinin iştirakı ilə
seminar-diskussiya keçirilib.
ARVK
və Maliyyə Monitorinqi Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində 16 iyun
tarixində “Müştərilərə öhdəlik daşıyan şəxslər tərəfindən təqdim olunan məhsul,
xidmət və çatdırılma kanallarının xüsusiyyətləri ilə bağlı risk faktorlarının
qiymətləndirilməsi metodları” və “Şübhəli əməliyyatların (əqdlərin)
aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin hazırlanması”
mövzularında VK üzvləri üçün HYTM-də təlim təşkil olunub, 20-yə yaxın vəkil
iştirak edib.
27
oktyabr tarixində isə DİN-in Polis Akademiyasında Baş Prokurorluğun Elm-Tədris
Mərkəzi ilə birlikdə təşkil edilən Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illik yubileyi və “Zəfər Gününə” həsr olunmuş “Təməli Ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş Zəfər tarixi" mövzusunda
respublika elmi-praktik konfrans keçirilib, Kollegiyanın sədr müavini Pərviz Ələkbərov çıxış
edib.
Bundan
əlavə, sentyabrın 13-də ARVK-nın rəhbərliyi ilə Vəkillərin İntizam
Komissiyasının üzvləri arasında görüş keçirilib və Kollegiyanın sədri Anar
Bağırovun rəhbərliyi ilə intizam məsələləri üzrə Komissiya üzvləri arasında müzakirələr
aparılıb.
Məlum
olduğu kimi, Rəyasət Heyətinin 16 dekabr 2022-ci il tarixli iclasında “Fərdi vəkillərin
koordinasiyası komitəsi” yaradılıb və sədr Rəyasət Heyətinin üzvü, fərdi
qaydada fəaliyyət göstərən vəkil Vüqar Babayev seçilib. Bunun davamı kimi,
2023-cü ilin 13 sentyabr tarixli Rəyasət Heyətinin iclasında isə fərdi qaydada
fəaliyyət göstərən vəkil Adəm Məmmədov Komitənin sədr müavini və 17 üzvdən ibarət
İşçi Qrupu seçilib.
Eyni zamanda, həmin gün VK-nın Rəyasət Heyətinin
iclasında "Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi”nin yaradılması
barədə qərar qəbul edilib. Rəyasət Heyətinin üzvləri - İlhamə Həsənova ilə
Ramiz İbrahimov Komitəyə həmsədr seçilib.
Oktyabr
ayının 20-də isə "De Fendo" VB-da ARVK-nın rəhbərliyi ilə hakim vəzifəsinə
yeni təyin edilmiş 7 vəkil arasında görüş keçirilib, Kollegiya sədri Anar
Bağırov yeni təyin olunan hakimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb. Həmçinin, həmin gün VK-nın Rəyasət Heyətinin iclasında Vəkillər
Kollegiyasının Akademiyasının təsis olunması ilə bağlı qərar çıxarılıb,
Kollegiyanın üzvü, h.e.d., professor Əmir Əliyevin Akademiyanın rəhbəri təyin
edilib.
Ölkəmizdə
qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik
yubileyi, eyni zamanda, ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutan
ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının Bakının
"Gülüstan" sarayında bir araya gəldiyi Azərbaycan Qadınlarının VI
Qurultayı keçirilib. Qurultayda
panel müzakirədə çıxış edən Kollegiyanın sədri Anar Bağırov “Hüquq-mühafizə orqanlarında gender bərabərliyi
prinsipləri” mövzusunda danışıb, qadınların güc strukturlarında təmsil olunması
istiqamətində görülən işlər barədə məlumat verib.
Bundan əlavə, Vəkillər Kollegiyasının
Akademiyası və BDU-nun SABAH Mərkəzinin birgə təşkilatçılığı ilə Ümumdünya
İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75 illiyinə həsr edilmiş
"Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və İnsan hüquqlarına müasir
yanaşmalar" adlı dəyirmi masa keçirilib. Vəkillər Kollegiyasının
Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev, VK-nın Baş katibi Bayram
Orucov və Vəkillərin İxtisas Komissiyasının sədri, h.e.d., Turqay Hüseynov
çıxış ediblər.
Eyni zamanda, Azərbaycan Ombudsman
Aparatının, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin,
Hüquq və İnsan Haqları İnstitutunun və BDU-nun Hüquq fakültəsinin birgə təşkilatçılığı
ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir
keçirilib. Tədbirdə ARVK-nın sədri Anar Bağırov BDU-nun Hüquq fakültəsinin 95
illiyi münasibəti ilə Fəxri fərmanla təltif edilib.
Dekabrın 15-də isə Polis Akademiyası tərəfindən
“Mülkiyyət əleyhinə törədilən cinayətlərin tədqiqinin cinayət-hüquqi, cinayət
prosessual və kriminalistik aspektləri” mövzusunda beynəlxalq elmi-praktik
konfrans keçirilib, Vəkillər Kollegiyasının Akademiyasının rektoru, h.e.d.,
professor Əmir Əliyev çıxış edib.
Bundan başqa, dekabrın 15-də İsmayıllı
rayonunda Mediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib, ARVK-nın sədri
Anar Bağırovun Mediasiya Şurasının Fəxri Mediator diplomu və yaxa nişanı ilə təltif olunduğu elan edilib.
Eyni
zamanda, dekabrın 15-22-də ARVK və Azərbaycanın Mərkəzi Bankının birgə təşkilatçılığı
ilə vəkillər üçün “Maliyyə Savadlılığı” mövzusunda növbəti təlim keçirilib, 22
vəkil iştirak edib.
VƏKİLLƏRƏ DƏSTƏK
Rəyasət
Heyətinin qərarları ilə hesabat dövrü ərzində xəstəlikləri ilə əlaqədar olaraq,
5 vəkilə Vəkilliyin İnkişafı Fondundan maddi yardım göstərilib. Ümumiyyətlə,
hesabat ili ərzində 29 vəkil analıq məzuniyyəti, təhsil və s. digər əsaslarla
üzvlük haqqı ödəməkdən azad edilib.
Digər
tərəfdən də ARVK dövlət orqanları ilə əməkdaşlıq və danışıqlar çərçivəsində hər
zaman çalışır ki, vəkillərin peşə fəaliyyətini həyata keçirməsi üçün mövcud
olan və ya yarana biləcək bütün problemlər aradan qaldırılsın. Hər il olduğu
kimi, 2023-cü ildə də vəkillər
VK-ya müraciət edərək bir sıra qurumlarda yaranmış süni maneələr və ya hansısa
məsələ ilə bağlı narahatlıqlarını, iradlarını bildirib və bu məsələlərin həllində
də ARVK öz dəstəyini əsirgəməyibdir.
Digər tərəfdən, martın 28-də Fransanın
paytaxtı Parisdə VK-nın üzvü Aslan İsmayılovun "Sumqayıt, SSR-nin
süqutunun başlanğıcı" adlı kitabının təqdimatı keçirilib. 2010-cu ildə
işıq üzü görən kitab indiyədək rus, ingilis, türk və alman dillərinə tərcümə
olunaraq dünyanın bir çox ölkələrində yayılıb.
Eyni
zamanda, iyunun 9-da VK-nın üzvü Vasif Hüseynlinin “İşçi və işəgötürən əmək
hüququnun subyekti kimi” adlı kitabının təqdimat mərasimi keçirilib,
Kollegiyanın sədr müavini Pərviz Ələkbərov çıxış edib.
Dekabrın 20-də isə VK Rəyasət Heyətinin
növbəti iclası keçirilib. İclasda Rəyasət Heyəti müxtəlif nominasiyalar üzrə “Vəkilliyin
dostu”, “İlin vəkili”, “İlin vəkil qurumu”, İlin vəkil komitəsi” və “İlin
təlimçi vəkili” mükafatlarının təsis edilməsini qərara alıb.
Həmçinin, dekabrın 28-də "Vəkil
Günü" peşə bayramı münasibətilə ənənəvi olaraq Vəkillər Kollegiyasının rəhbərliyi,
orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər
Əliyevin məzarı önünə əklil qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin
ehtiramla yad edilib. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə
xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər
düzülüb. Daha sonra Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum
rəhbərləri Şəhidlər xiyabanında ölkəmizin azadlığı, suverenliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının
xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər, xatirə şəkli
çəkdiriblər.
SOSİAL
AKSİYALAR, YARIŞMALAR
Məlum
olduğu kimi, VK-da qocalar və uşaqlar evinə tez-tez səfərlər, ətraf mühitin
mühafizəsi üçün aksiyalar daim təşkil edilir, o cümlədən idman və elmi sahələrdə
çoxsaylı yarışlar, müsabiqələr həyata keçirilir. Bunlara misal olaraq beynəlxalq
və yerli futbol və şahmat turnirlərini, rəssamlıq, ədəbiyyat və bir çox bədii
yaradıcılıq müsabiqələrini göstərə bilərik.
2023-cü
ilin Novruz bayramı ərəfəsində Ədliyyə Nazirliyinin, Hüquq və İnsan Haqları
İnstitutunun və VK-nın birgə təşkilatçılığı ilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində
məhkumlar üçün “Novruz çələngi” xeyriyyə tədbirləri keçirilib və Kollegiyanın sədr
müavini Aydın Axundov çıxış edib.
“Heydər
Əliyev İli” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq,
VK tərəfindən 6-7 may tarixlərində “III Vəkil Şahmat” yarışı təşkil
edilib. Respublika üzrə 35 vəkilin qatıldığı yarışda vəkil Elşən Səfərov
birinci, vəkil Samir Hüseynzadə ikinci, vəkil Camal Əliyev isə üçüncü yeri
tutublar.
Bundan
əlavə, 13 may - 15 iyul tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illiyinə həsr olunmuş, ARVK-nın və AFFA-nın birgə təşkilatçılığı
ilə vəkillər arasında 4-cü Vəkil Futbol Liqası keçirilib. 9 komandanın,
ümumilikdə 90-dən artıq vəkilin iştirak etdiyi, 1 dövrədən ibarət olan turnirdə
“Şuşa” komandası çempion olub.
26
avqust tarixində isə 14 saylı VB kollektivi Büronun rəhbəri Telman Qasımovun təşəbbüsü
və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günü münasibətilə Təhsil
Nazirliyinin 11 saylı inteqrasiya təlimli internat məktəbini ziyarət ediblər. Görüş
çərçivəsində uşaqlara müxtəlif sovqatlar və hədiyyələr təqdim edib, 3000
AZN dəyərində pal-paltar, həmçinin, digər zəruri tələbat malları internata
ianə olaraq verilib, uşaqlarla maraqlı gün keçirilərək, istək və arzuları öyrənilib,
sualları cavablandırılıb.
Bundan
başqa, sentyabrın 13-də ARVK Rəyasət Heyətinin növbəti iclasında Kollegiyanın Vəkil
Klubu tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100
illiyinə həsr olunmuş “Vətənim Azərbaycan!” adlı III Vəkil bədii yaradıcılıq
müsabiqəsi”nin qalibləri açıqlanıb. İştirakçılardan "Kəngərli və
partnyorları" VB-nin vəkili Aslan Heydarov birinci, hüquqşünas Şəhriyar Həbilov
ikinci, Nüşabə Əhməd isə üçüncü yerin sahibi olub. VK-nın sədri Anar Bağırov tərəfindən
onlara mükafatlar təqdim edilib.
Həmçinin, 26
sentyabr - 1 oktyabr tarixlərində ARVK-nın üzvləri və ölkənin hüquqşünasları
İspaniyanın Salou şəhərində təşkil edilən futbol üzrə 7-ci “Lawyers World Cup”
adlı dünya çempionatında iştirak edib və 7-ci olublar.
Oktyabrın
25-də isə ARVK və Azərbaycanın Ali Məhkəməsinin birgə təşəbbüsü və təşkilatçılığı
ilə “Avropa Ədalət Mühakiməsi Günü” və “Avropa Vəkillər Günü”nə həsr olunan ədalət
mühakiməsi rəmzlərinin sərgisi keçirilib. Ali Məhkəmənin inzibati binasında təşkil
olunan sərgidə VK-nın üzvü Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan
dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi,
atributlar, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin şəxsi kolleksiyasına
aid olan vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları,
markalar və pul əsginasları nümayiş olunub.
Bundan
başqa, VK-nın üzvləri Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid
jurnalistlərinin xatirəsinə həsr olunan həvəskar komandalardan ibarət II Ənənəvi
Futbol Turnirində iştirak edib və finala yüksələrək ikinci olub.
Eyni
zamanda, 7-10 dekabr tarixlərində VK-nın üzvləri İtaliyanın Kataniya şəhərində
təşkil edilən futbol üzrə “Coppadell'OrdineSicily” kubokunun qalibi olub.
Hazırda
isə ARVK-nın komandası Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan
minifutbol turnirində iştirak edir və turnir 2024-cü il mayın 6-dək davam edəcək.
GƏNCLƏRƏ DƏSTƏK
- GƏNCLƏRDƏ VƏKİL PEŞƏSİNƏ MARAĞIN ARTIRILMASI
ARVK
tərəfindən hər zaman gənc hüquqşünasların vəkilliyə marağının artırılması diqqət
mərkəzində saxlanılır, eyni zamanda, universitetlərdə daxili tədbirlər,
ayrı-ayrı gənclərə müxtəlif sahələrdə dəstək göstərilir.
Belə
ki, VK və Gənclər Fondunun birgə təşkilatçılığı ilə hüquqşünas tələbələr üçün
“Vəkil olmaq istəyirəm” adlı qış məktəbinin açılış mərasimi keçirilib və
Kollegiyanın sədr müavini Şahmar Məmmədov çıxış edib. Nəzərə çatdırılıb ki, bu layihə gənc hüquqşünasların
ixtisaslaşmasına böyük töhfə verəcək və onların vəkillik fəaliyyəti ilə
daha yaxından tanış olmasına imkan yaradacaq. Eyni zamanda, tələbələrin Heydər
Əliyev Mərkəzinə ziyarəti təşkil edilib. Həmçinin, qış məktəbinin iştirakçısı
olan hüquqşünas tələbələr üçün Konstitusiya Məhkəməsində səhnələşdirilmiş
Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası təşkil olunub. VK-nın üzvü
Nihad Əliyevin sədrliyi ilə aparılan iclasda hakim qismində Nihad Əliyev, Nəzrin
Əliyeva, Lalə Fərzəliyeva, Anar Məmişov, Elyar Həsənov, Sadiq Bağırov və Səttar
Məmmədov çıxış ediblər. Qeyd edək ki, “Vəkil olmaq istəyirəm” adlı qış məktəbi
hüquqşünas tələbələrdə vəkillik peşəsinə marağın artırılması və onların qış tətilini
səmərəli keçirməsi məqsədilə təşkil olunub. Eyni zamanda, fevralın 26-da qış məktəbinin
tələbələri Ağdamda Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş
“Unudulmayan tarix” adlı anım tədbirində iştirak edib. Həmçinin, tələbələr
“Kamandar Nəsibov və Partnyorları” VB-də də olublar. Burada məlumat verilib ki,
80-dən artıq ölkədən vəkil cübbələri (mantiyaları) toplanaraq, VK-nin dəstəyi ilə dünyada ilk dəfə “Dünya vəkil cübbələri və
atributları” sərgisi keçirilib və muzeyi yaradılıb. Büroda yerləşən həmin
muzeydə vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları,
markalar və pul əsginasları da daxil olmaqla, ümumilikdə 10 minə yaxın eksponat
yer alır.
Bundan
başqa, ARVK, Azərbaycan Gənclər Fondunun birgə tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı
ilə “Gənclər təşkilatlarının
hüquqi savadlılığının artırılması” layihəsi keçirilib, Kollegiyanın sədri Anar Bağırov tədbirdə çıxış edib.
II
“Yüksəliş” müsabiqəsinin qalibi Ramil Abulov "Yüksəliş" müsabiqəsinin
idarəçi rəhbəri Anar Bağırov ilə 1 illik fərdi inkişaf - mentorluq proqramı çərçivəsində
mütəmadi görüşlər keçirib. Eyni zamanda, Anar Bağırov III Yüksəliş müsabiqəsinin
final mərhələsinə mentor qismində qatılıb.
Qürur
hissi ilə bildiririk ki, Kollegiyanın Baş katibi Bayram Orucov bu il keçirilən III
Yüksəliş müsabiqənin qalibi olub. Qeyd edək ki, 13 474 namizədin qatıldığı bu
müsabiqə 5 müxtəlif mərhələdən ibarətdir və bu mərhələlərin hər birini uğurla
keçən 22 nəfər qalib ola bilib. Qaliblər arasında yeganə hüquqşünas olan Bayram
Orucov, həmçinin, “sosial məsuliyyət” kompetensiyası üzrə ən yüksək göstəriciyə
malik iştirakçı seçilib.
Martın
9-da isə ARVK rəhbərliyi NDU-da professor-müəllim heyəti və tələbələrlə
görüşüb. Tədbirdə əməkdaşlıq haqqında memorandum imzalanıb. Universitetdə ELSA
Azərbaycan tərəfindən ilk dəfə ARVK və NDU ilə əməkdaşlıq çərçivəsində “Milli Məhkəmə
Müsabiqəsi: Naxçıvan” səhnələşdirilmiş məhkəmə müsabiqəsi də keçirilib. Müsabiqədə
ittihamçı tərəf qismində və müdafiəçi tərəf qismində NDU-nun III və IV kurs tələbələri
çıxış ediblər. Komandanın çıxışları hakimlər tərəfindən qiymətləndirilib,
müsabiqənin sonunda qaliblərə mükafatlar təqdim edilib.
Aprelin
30-da isə Ali Məhkəmədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Avropa Hüquqşünas Tələbələr
Assosiasiyası-Bakı İctimai Birliyinin (ELSA Azərbaycan) təşkilatçılığı ilə
təşkil olunan “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin
final mərhələsi Konstitusiya Məhkəməsində keçirilib, VK-nın sədri Anar Bağırov
çıxış edib.
Bundan
əlavə, iyulun 11-də ELSA Azərbaycanın təşkilatçılığı, ARVK-nın və Ali Məhkəmənin
dəstəyi ilə Bakı şəhərində “Biznes hüququ” mövzusunda VII beynəlxalq yay hüquq
məktəbinin açılış mərasimi baş tutub, Kollegiyanın Rəyasət Heyətinin üzvü Vüqar
Babayev açılış nitqi ilə çıxış edib.
Ulu
Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Vəkil olmaq istəyirəm” adlı II
yay məktəbi təşkil edilib. 26-30 iyul tarixlərində Şəki şəhərində keçirilən yay
məktəbində iştirak edən 55 hüquqşünas tələbəyə peşəkar biliklərin artırılması məqsədi
ilə prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla
müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, nitq qabiliyyəti
və digər sahələr üzrə təlimlər keçilib. Yay Məkətəbində vəkil Əli
Hüseynovun iştirakı ilə “Karyera söhbətləri” aparılıb, vəkil Günay
Sultanova, Şəki Rayon Məhkəməsinin hakimi Elşən Vəliyev, Baş Prokurorluğun əməkdaşı
Tamerlan Niftəliyevin təlimçi qismində iştirakı ilə Səhnələşdirilmiş Məhkəmə təşkil
edilib. Eyni zamanda təlimlərdə vəkillər Xəyal İbrahimov, Altay Mustafayev,
Paşa Səfərov təlimçi qismində iştirak edib, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının
sədri Orduxan Qəhrəmanzadə tələbələrə təqdimat xarakterli təlim keçib və
Qadın Vəkillər Alyansı ilə tələbələr arasında görüş təşkil olunub.
Bundan əlavə, dekabrın 22-də Azərbaycan
Konstitusiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən ARVK-nın tam dəstəyi ilə həyata
keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının 9-cu buraxılışının
final mərhələsi keçirilib. Nəticədə “Libertas” komandasının üzvləri qalib elan
olunub.
Həmçinin,
ARVK ilə ölkədə hüquq təhsili olan bütün universitetlər arasında imzalanmış əməkdaşlıq
memorandumlarına əsasən, gənclərin və universitetlərin fəaliyyətinə müxtəlif
formalarda göstərilən dəstək çərçivəsində, həmin tələbələrin vəkil qurumlarında
təcrübə keçmələri üçün hər cür şərait yaradılır. Hesabat ili ərzində müvafiq vəkil
bürolarında 198 tələbə istehsalat təcrübəsində, 182 nəfər isə könüllü qaydada təcrübə
keçib.
Eyni
zamanda, NDU-da ARVK tərəfindən təsis edilən təhsildə fərqlənən tələbələr üçün "Heydər Əliyev adına tələbə təqaüd
proqramı” və "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı”nın ayrılması məqsədilə
müsahibə mərhələsi keçirilib. Belə ki, universitetin Beynəlxalq və hüquq fakültəsinin
II kurs tələbəsi Sevgi Rzayeva "Sürəyya Ağaoğlu adına tələbə təqaüd
proqramı” və universitetin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin III
kurs tələbəsi İnfin Zeyniyev isə “Heydər Əliyev adına tələbə təqaüd proqramı”na
layiq görülüb.
Bildirmək
istərdik ki, hüquqşünas tələbələrdə vəkillik peşəsinə marağın artırılması
istiqamətində VK rəhbərliyinin iştirakı ilə bir sıra universitet və
akademiyalarda səmərəli görüşlər keçirilib, memorandumlar imzalanıb.
PULSUZ HÜQUQİ YARDIM AKSİYALARI – STATİSTİKA
2023-cü il ərzində ARVK tərəfindən bütün ölkə
üzrə 5014 nəfər aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib. Bunlardan 74
pulsuz hüquqi yardım aksiyası zamanı 2510 (“Heydər Əliyev İli” çərçivəsində
keçirilən 61 aksiya üzrə 960 nəfərə göstərilən pulsuz hüquqi yardım da daxil
olmaqla) aztəminatlı şəxsə pulsuz hüquqi yardımın göstərilməsi təmin
edilib.
Hesabat
ili ərzində Milli İnsan Hüquqları Günü münasibətilə VK tərəfindən Bakı və
regionlarda - 15 yerdə vətəndaşlar üçün bir aylıq pulsuz hüquqi yardım aksiyası
təşkil edilib. Eyni zamanda, ARVK tərəfindən hər il ölkədə qeyd edilən Novruz
bayramı, İnsan Hüquqları Günü, Milli Qurtuluş Günü, Uşaqların Beynəlxalq Müdafiəsi
Günü, Azərbaycanın Silahlı Qüvvələri Günü, Zəfər Günü və s. milli bayramlar
münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində respublika üzrə fəaliyyət
göstərən bütün vəkil qurumları tərəfindən aztəminatlı şəxslərə, məcburi köçkünlərə, qaçqınlara 13 aksiya üzrə 1550 nəfərə pulsuz
hüquqi yardım göstərilib.
Ən çox pulsuz hüquqi yardım aksiyaları Naxçıvan MRVK və Gəncə
şəhər 1 saylı VB tərəfindən təşkil edilib. Belə ki, Naxçıvan MRVK tərəfindən təşkil
edilən 15 aksiyada 290 aztəminatlı şəxsə, Gəncə 1 saylı VK tərəfindən təşkil
edilən 14 aksiyada isə 306 nəfər vətəndaşa pulsuz hüquqi yardımın göstərilməsi
təmin olunub.
Aksiyalardan başqa 2023-cü ildə vəkil
qurumlarına daxil olmuş müraciətlər üzrə
2493 nəfərə pulsuz hüquqi yardım göstərilib. Bunlardan, 413 vətəndaşa
HYTM tərəfindən, digər qurumlar tərəfindən isə 2080 vətəndaşa pulsuz hüquqi
yardım göstərilib. Həmçinin şəhid ailələrinə və qazilərə pulsuz
hüquqi yardım göstərilməsi, o cümlədən məhkəmə proseslərində pulsuz təmsilçilik
həyata keçirilməsi haqqında Rəyasət Heyətinin qərarına əsasən, 11 şəhid ailəsi
və qazi müraciəti qeydiyyata alınıb, onlara pulsuz hüquqi yardımın göstərilməsi
təmin edilib. Bunlardan 5-i şəhid ailəsi, 6-sı isə qazidir.
Bundan əlavə də qeyd edək ki, gündəlik mütəmadi
olaraq vəkil və VB-lərə şifahi müraciət ünvanlanıb, onların sualları
cavablandırılıb, müvafiq izahlar verilib.
DÖVLƏT HESABINA
HÜQUQİ YARDIM FƏALİYYƏTİ
“Məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 2019-cu il 3
aprel tarixli Fərmanının tələblərinə uyğun olaraq, 2020-ci ildən başlayaraq
dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqqın
ödənilməsi məqsədilə nəzərdə tutulan vəsaitin dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərindən birbaşa VK-ya ayrılması təmin edilir.
Bu
məqsədlə “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikasının 2022-ci il 9 dekabr tarixli 672-VIQ nömrəli Qanununun tətbiqi
ilə bağlı bir sıra məsələlər barədə” Prezidentin 2022-ci il 30 dekabr tarixli Fərmanı
ilə dövlət büdcəsində VK-ya 5
000 000,0 manat vəsait nəzərdə tutulub və hesabat ili ərzində
həmin vəsaitin Kollegiyaya ayrılması təmin edilib.
VK tərəfindən 2023-cü il ərzində büdcə
haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq və maliyyə intizamına riayət
edilməklə cinayət prosesini həyata keçirən orqanların qərarları əsasında dövlət
hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların (məbləğlərin)
ödənişləri vaxtında təmin olunub.
Belə
ki, 2023-cü il dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə
vəkillərə (müdafiəçilərə) haqların ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlə
bağlı xərclərin rüblər və aylar üzrə bölgüsünə uyğun olaraq, vəkil büroları və
ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən sənədlərin Kollegiyaya
təqdim edilməsi ardıcıllığı gözlənilməklə cinayət prosesini həyata keçirən
orqanlar (təhqiqat, istintaq, prokurorluq orqanları və məhkəmələr), o cümlədən
mülki işlər üzrə qəbul olunmuş qərarlar əsasında dövlət hesabına hüquqi yardıma
görə 39 830 qərar üzrə 4 999 982,10 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin
97 vəkil qurumuna və 38 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə
973 vəkilə ödənişi təmin edilib.
İcra edilən qərarlardan - 26 563-ü məhkəmə,
13 267-i isə istintaq orqanlarının qərarlarıdır. Müvafiq olaraq həmin qərarların
icrasına 2 575 800,84 manat və 2 424 181,26 manat vəsait sərf
edilib.
İXTİSASARTIRMA
TƏLİMLƏRİ VƏ DİGƏR TƏLİMLƏR
2023-cü
il ərzində ümumilikdə 49 təlim keçirilib. Həmin təlimlərdə 1279 vəkil iştirak
edib. ARVK ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 25
ixtisasartırma təlimlərində 866 vəkil, keçirilən 24 digər təlimlərdə isə 413 vəkil iştirak edib.
İXTİSASARTIRMA
TƏLİMLƏRİ:
1.
24 fevral
2023-cü il tarixində
“Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (İşgəncələrin qadağan olunması)” mövzularında distant
formada ixtisasartırma kursu
keçirilib. Kursda 51 vəkil iştirak
edib.
2.
28 fevral
2023-cü il tarixində
“Qadınların ədalət mühakiməsinə çatımlılığı” mövzularında distant formada ixtisasartırma kursu keçirilib.
Kursda 36 vəkil iştirak edib (tədris
kursunun müddəti 1 saat).
3.
28 fevral
2023-cü il tarixində
“İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış”
mövzularında distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 33 vəkil iştirak
edib.
4.
12 aprel 2023-cü
il tarixində
“Uşaqların onlayn cinsi istismarı kibercinayətinə qarşı mübarizə” mövzularında
distant formada ixtisasartırma kursu
keçirilib. Kursda 41 vəkil iştirak edib.
5.
17 aprel 2023-cü
il tarixində
“Müflisolmanın hüquqi əsasları və təcrübə” mövzularında distant formada ixtisasartırma kursu keçirilib.
Kursda 62 vəkil iştirak edib.
6.
20 aprel 2023-cü
il tarixində
“Qadınlara qarşı zorakılıq və məişət zorakılığı” mövzularında distant formada ixtisasartırma kursu keçirilib.
Kursda 34 vəkil iştirak edib (tədris
kursunun müddəti 1 saat).
7.
28 aprel 2023-cü
il tarixində
“Qəsdin əmələ psixoloji münasibətdə növü, formaları, tövsif zamanı müəyyən
edilmə əsasları” mövzularında hibrid formada ixtisasartırma kursu keçirilib. Kursda 39 vəkil iştirak edib.
8.
12 may 2023-cü
il tarixində
“Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi”
mövzularında distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 42 vəkil iştirak edib.
9.
18 may 2023-cü
il tarixində
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın
leqallaşdırılması əməlinin tövsifi əsasları” mövzularında əyani formada ixtisasartırma kursu keçirilib.
Kursda 7 vəkil iştirak edib.
10.
24 may 2023-cü il tarixində “Avropa İnsan
Hüquqları Konvensiyasının 8-ci (Şəxsi və ailə həyatına hörmət) və 14-cü maddələri
(ayrı-seçkiliyin qadağan olunması)” mövzularında əyani formada ixtisasartırma kursu keçirilib.
Kursda 11 vəkil iştirak edib.
11.
25 may 2023-cü
il tarixində
“Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi”
mövzularında distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 38 vəkil iştirak
edib.
12.
13 iyun 2023-cü
il tarixində
“İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış”
mövzularında distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 20 vəkil iştirak edib.
13.
16 iyun 2023-cü
il tarixində
“Müsadirə-cinayət hüquqi tədbir kimi” mövzularında hibrid formada ixtisasartırma kursu keçirilib.
Kursda 10 vəkil iştirak edib.
14.
22 iyun 2023-cü
il tarixində
“Müsadirə-cinayət hüquqi tədbir kimi” mövzularında distant formada ixtisasartırma kursu keçirilib.
Kursda 21 vəkil iştirak edib.
15.
13 oktyabr
2023-cü il tarixində
“Cinayət prosesində mülki iddia” mövzularında distant formada ixtisasartırma kursu keçirilib.
Kursda 51 vəkil iştirak edib.
16.
20 oktyabr
2023-cü il tarixində
“Uşaqların onlayn cinsi istismarı kibercinayətinə qarşı mübarizə” mövzularında
distant formada ixtisasartırma kursu
keçirilib. Kursda 26 iştirak edib.
17.
24 oktyabr
2023-cü il tarixində
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın
leqallaşdırılması əməlinin tövsifi əsasları” mövzularında distant formada ixtisasartırma kursu keçirilib.
Kursda 20 vəkil iştirak edib.
18.
31 oktyabr
2023-cü il tarixində
“BMT-nin insan hüquqları mexanizmləri. “İqtisadi, sosial və mədəni hüquqlar
haqqında Beynəlxalq Pakt” və onun nəzarət mexanizmləri” mövzularında distant
formada ixtisasartırma kursu
keçirilib. Kursda 32 vəkil iştirak edib.
19.
07 noyabr
2023-cü il tarixində
“İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Konvensiya”
mövzusunda distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 17 vəkil iştirak
edib.
20.
15 noyabr
2023-cü il tarixində “İnzibati mübahisələr ilə bağlı işlər üzrə
icraat” mövzusunda distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 52 vəkil iştirak
edib.
21.
23 noyabr 2023-cü il tarixində “İnsan alveri
qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış” mövzusunda distant
formada ixtisasartırma kursu
keçirilib. Kursda 18 vəkil iştirak edib.
22.
28 noyabr
2023-cü il tarixində “Vəkillərin “Elektron məhkəmə” informasiya
sistemindən səmərəli istifadəsi” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib.
Kursda 44 vəkil iştirak edib.
23.
7 dekabr 2023-cü
il tarixində
“Qanun üzrə vərəsəlik və mirasdan məcburi pay institutlarının əsasları”
mövzusunda distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 75 vəkil iştirak edib.
24.
11 dekabr
2023-cü il tarixində
“Korrupsiyaya qarşı mübarizə beynəlxalq və milli qanunvericilikdə. Maraqların
toqquşması və onun qarşısının alınması üzrə tədbirlər” mövzusunda distant
formada ixtisasartırma kursu
keçirilib. Kursda 38 vəkil iştirak edib.
25.
22 dekabr
2023-cü il tarixində “Xüsusi
ittiham qaydasında təqib olunan cinayətlər” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib.
Kursda 48 vəkil iştirak edib.
DİGƏR TƏLİMLƏR:
1.
06 fevral
2023-cü il tarixində
Avropa İttifaqı və Avropa Şurasının təşkilatçılığı ilə “Çirkli pulların
yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskləri” mövzusu üzrə təlim
2.
13 aprel 2023-cü
il tarixində
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidməti, VK-nın Biznes Hüququ Komitəsi və Azərbaycanda Amerika Ticarət
Palatasının (AmCham) birgə təşkilatçılığı ilə “Azərbaycanda rəqabət hüququnun
praktiki məsələləri” mövzusu üzrə təlim
3.
3-5 may 2023-cü il tarixində Avropa Məhkəməsinin
qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək layihəsi
çərçivəsində Avropa Konvensiyasının
(İHAK-ın) 3, 5 və 6-cı maddələrinə dair 3 günlük təlimlər
4.
30-31 may
2023-cü il tarixlərində ARVK ilə Unicef Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində
“Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki
instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusu üzrə təlim
5.
16 iyun 2023-cü
il tarixində
ARVK və Maliyyə Monitorinqi Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Şübhəli əməliyyatların
(əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin
hazırlanması” mövzusu üzrə təlim
6.
21-22 iyun
2023-cü il tarixlərində ARVK ilə Unicef Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində
“Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki
instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusu üzrə təlim
7.
04 iyul
2023-cü il tarixində (Gəncə şəhərində)
- ARVK ilə Unicef Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində “Uşaqyönümlü
hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki
instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusu üzrə təlim
8.
12-14 iyul
2023-cü il tarixində
ABŞ-nin Kommersiya Departamentinin “Kommersiya hüququnun inkişafı proqramı” ilə
(CLDP) ARVK əməkdaşlığı çərçivəsində beynəlxalq arbitraj hüququna dair 3-günlük
praktiki təlim
9.
29 iyul 2023-cü
il tarixində
(Gəncə şəhərində) ARVK, Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Azərbaycandakı
Baş ofisinin birgə əməkdaşlığı çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının
3-cü maddəsi (işgəncələrin qadağan olunması) və 6-cı maddəsi (ədalətli məhkəmə
araşdırması hüququ) mövzusu üzrə təlim
10.
28 iyul 2023-cü
il tarixində (Şəki şəhərində) ARVK, Hüquq və İnsan Haqları
İnstitutu və Avropa Şurasının Azərbaycandakı Baş ofisinin birgə əməkdaşlığı çərçivəsində
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan
olunması) və 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) mövzusu üzrə təlim
11.
12 sentyabr
2023-cü il tarixində
ARVK, Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Azərbaycandakı Baş
ofisinin birgə əməkdaşlığı çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının
6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) mövzusu üzrə təlim
12.
14 sentyabr
2023-cü il tarixində ARVK, Hüquq və
İnsan Haqları İnstitutu və Avropa Şurasının Azərbaycandakı Baş ofisinin birgə əməkdaşlığı
çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə
araşdırması hüququ) mövzusu üzrə təlim
13.
26 sentyabr
2023-cü il tarixində (Quba şəhərində)
ARVK, Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Azərbaycandakı Baş
ofisinin birgə əməkdaşlığı çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının
6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) mövzusu üzrə təlim
14.
27 sentyabr
2023-cü il tarixində
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, VK ilə əməkdaşlıq çərçivəsində
“BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının
monitorinqi və hesabatlılıq” mövzusu üzrə təlim
15.
28 sentyabr
2023-cü il tarixində
(Sumqayıt şəhərində) - ARVK, Hüquq və İnsan Haqları İnstitutu və
Avropa Şurasının Azərbaycandakı Baş ofisinin birgə əməkdaşlığı çərçivəsində
Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə
araşdırması hüququ) mövzusu üzrə təlim
16.
12 oktyabr
2023-cü il tarixində BMT-nin İnsan
Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, VK ilə əməkdaşlıq çərçivəsində
“Yetkinlik yaşına çatmayanlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi.
Beynəlxalq standartlar” mövzusu üzrə təlim
17.
17 oktyabr 2023-cü il tarixində ARVK ilə Hüquq
və İnsan Haqları İnstitutu və Avropa Şurasının Azərbaycandakı Baş ofisinin birgə
əməkdaşlığı çərçivəsində “Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi:
Azərbaycanda işgəncələrin qadağan olunması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
baxış bucağında” mövzusu üzrə təlim
18.
20 oktyabr
2023-cü il tarixində
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, ARVK ilə əməkdaşlıq çərçivəsində
“BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının
monitorinqi və hesabatlılıq” mövzusu üzrə təlim
19.
27 oktyabr
2023-cü il tarixində İnsan Hüquqları
üzrə Ali Komissarlığı tərəfindən, ARVK ilə əməkdaşlıq çərçivəsində “BMT-nin
Əlilliyi olan Şəxslərin Hüquqlarının Müdafiəsi sahəsində İnsan Hüquqları Alətləri
və Mexanizmləri” mövzusu üzrə təlim
20.
27 noyabr
2023-cü il tarixində ARVK və Beynəlxalq
Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı ilə
"Beynəlxalq humanitar hüquq sahəsində aktual çağırışlar" mövzusu üzrə
təlim
21.
27 noyabr 2023-cü il tarixində BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi (BMT QAK Azərbaycan),
Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası ilə birgə əməkdaşlıq
çərçivəsində “Sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın
milli məhkəmə sisteminə çıxış imkanlarının artırılması” mövzusu üzrə təlim
22.
29 noyabr
2023-cü il tarixində
(Naxçıvan MR) "Elektron vəkil kabineti"nin imkanları və elektron
müraciət qaydaları mövzusu üzrə təlim
23.
15-22 dekabr
2023-cü il tarixində
ARVK və Azərbaycanın Mərkəzi Bankının birgə təşkilatçılığı ilə vəkillər üçün
“Maliyyə Savadlılığı” mövzusunda növbəti təlim
24. 23 dekabr 2023-cü il tarixində Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi çərçivəsində vəkillər üçün “Elektron kabinetdən istifadə qaydaları” mövzusunda distant təlim.
ARVK RƏYASƏT HEYƏTİNƏ DAXİL OLAN SƏNƏDLƏR
Hesabat ili ərzində Rəyasət Heyətinə ümumilikdə
5453 sənəd daxil olub. Belə ki, həmin müraciətlərin 2181-i vətəndaşlar
tərəfindəndir. Özünü vəkil kimi təqdim edən şəxslərdən 72 (onlardan 11 təkrar)
şikayət, dövlət hesabına vəkillə təmin edilmə ilə bağlı 313 (onlardan 34 təkrar)
müraciət və 548 (onlardan 113 təkrar) digər (təşəkkür, xahiş və s.) sənəd qəbul
olub.
Bildirmək istərdik ki, Rəyasət Heyətinə
vətəndaş müraciətləri dövlət orqanlarından (388), birbaşa vətəndaş və digər
qurumlar (nazirliklər, hüquqi şəxslər və s) (ümumilikdə 1793) vasitəsi ilə də
daxil olub.
Məhkəmələrdən daxil olan sənədlərin sayına
gəldikdə isə bu, 238-dir. Onlardan 28-i məhkəmə proseslərində vəkillərin iştirakının təmin olunması
barədə məktublar, 37-si Konstitusiya Məhkəməsindən rəy verilməsi üçün
müraciətlər və 173-ü isə digər yazışmalardır. Eyni zamanda, ARVK Konstitusiya
Məhkəməsinə 34 iş üzrə rəy verib.
Həmçinin, 2023-cü ildə vəkil qurumlarından
(501), vəkillərdən (679), vəkillərin fəaliyyətinə müdaxilə ilə bağlı 1199
sənəd, vəkilliyə qəbulla bağlı 884 müraciət daxil olub. Bunlardan 785 sənəd
qanunvericilik, tədbirlərə dəvət, sorğular, tələbnamələr və s. ilə bağlıdır.
Eyni zamanda, hesabat ili ərzində Kollegiyadan qurumlara və vətəndaşlara 2227
məktub göndərilib.
“VƏKİLLİYİN DOSTU” MÜKAFATI VƏ DİGƏR TƏLTİFLƏR
“Vəkil Günü”
peşə bayramı ərəfəsində dekabrın 27-də “Fairmont” mehmanxanasında müstəqil Azərbaycan
vəkilliyinin banisi, dahi lider Heydər Əliyevin 100 illiyi ilə bağlı VK-nın təntənəli
mərasimi keçirilib. Tədbirdə vəkilliyin inkişafına verdiyi töhfəyə və səmərəli əməkdaşlığa
görə məhkəmə hakimiyyətindən Konstitusiya Məhkəməsi, qanunvericilik hakimiyyətindən
Milli Məclis, icra hakimiyyətindən Prezident yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, hüquq-mühafizə orqanlarından Baş
Prokurorluq, ali təhsil müəssisələrindən ADA Universiteti və hüquq müdafiəçilərindən
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri
Novella Cəfəroğlu 2023-cü ilin “Vəkilliyin dostu” mükafatı ilə təltif edilib. Həmçinin,
mərasimdə Hüquq və İnsan Haqları İnstitutu “Səmərəli əməkdaşlığa görə”, o cümlədən
II “Yüksəliş” müsabiqəsinin qalibi Ramil Abulov "Yüksəliş" müsabiqəsinin
idarəçi rəhbəri Anar Bağırov ilə 1 illik fərdi inkişaf - mentorluq proqramını
müvəffəqiyyətlə bitirdiyinə görə təltif olunub.
Bundan başqa, 2023-cü il ərzində ən çox pulsuz
hüquqi yardım aksiyasında fəal iştirak etdiyinə görə Gəncə şəhər 1 saylı VB (14
aksiya - 306 nəfər vətəndaş) ilə NMRVK (15 aksiya - 290 aztəminatlı şəxs) “İlin
vəkil qurumu”, il ərzində VK-nın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə
Biznes Hüququ Komitəsi “İlin vəkil komitəsi”, il ərzində dövlət hesabına hüquqi
yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə etdiyinə görə (təqsirləndirilən
şəxs barəsində çıxarılan 4 bəraət hökmünə nail olub) Sumqayıt Regional VB-nin vəkili
Elşad İsayev “İlin vəkili” və il ərzində keçirilən təlimlərdə (14 təlim) fəal
iştirakına görə “Kredo” VB-nin vəkili Vüsalə Muradxanlı “İlin təlimçi vəkili”
elan olunub. Eyni zamanda, tədbirdə 18 vəkil Fəxri Hüquq Doktoru, 20 vəkil Fəxri Fərman və 38 vəkil isə Təşəkkür
mükafatı ilə təltif edilib.
Bundan əlavə, dekabrın 28-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Vəkil Günü” peşə bayramı
münasibətilə bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam
imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında vəkilliyin inkişafındakı xidmətlərinə
görə Hüseynov Əli Meybulla oğlu, Hüseynov Turqay İmanqulu oğlu, Hüseynova
Esmira Hüseyn qızı, Qasımov Telman Abiəli oğlu, Quliyev Azər Şahbala oğlu, Məmmədova
Leyla Polad qızı, Mustafayev Muxtar Nağı oğlu, Nəhmətov Fazil İldır oğlu, Rəsulov
Arif Əmrulla oğlu, Rüstəmova Natəvan Famil qızı və Usub Elçin Arif oğlu “Tərəqqi”
medalı ilə təltif ediliblər.
Sonda bildirmək istərdik ki, ötən 6 ildə vəkillik sahəsində aparılan islahatlar və görülən işlər çərçivəsində, yuxarıda qeyd olunanların davamı kimi, ARVK hər zaman öz missiyasına sadiq qalmaqla vətəndaşlara xidmət, qanunların keşiyində durmaq istiqamətində fəaliyyətini daha da möhkəmləndirəcəkdir.