Yanvar
ayının 26-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Vəkillərin
İntizam Komissiyasının carı ildə ilk iclası keçirilib.
İclasda 19
müraciət əsasında (bunlardan 4 müraciət eyni icraatda olmaqla) başlanılan intizam
icraatları üzrə 15 işə baxılıb, 3 iş əlavə araşdırma aparılması üçün təxirə
salınıb, 12 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:
- 5
intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;
- 2
intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması;
- 3
intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün
olmaması;
- 2
intizam işi üzrə icraata xitam verilməsinə dair məsələ qaldırılması.
Müvafiq rəy
qəbul edilən işlərin 9-u fiziki şəxslərdən, 3-ü isə məhkəmələrdən daxil olan
müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.
Vəkilin hərəkətlərində
pozuntunun olması barədə rəy verilən işlərin 3-ü fiziki şəxslərin, 2-si isə məhkəmələrin
müraciətləri üzrədir. Məhkəmələrdən daxil olan 1 müraciət üzrə vəkilin hərəkətlərində
pozuntunun olmaması barədə rəy verilib.
Vəkilin hərəkətlərində
pozuntunun olması barədə rəy verilən 5 intizam işindən:
- 2
intizam işi üzrə “vəkilin hüquqi yardımın göstərilməsi haqqında müqavilədə
tapşırığın bir neçə ayrı-ayrı orqanlarda yerinə yetirilməsini göstərməsi və
müqavilə ilə nəzərdə tutulan xidmət haqqını nağd qaydada əldə edib sonradan özü
ödəməsi”;
- 1
intizam işi üzrə “vəkilin məhkəmə iclasında digər proses iştirakçısına qarşı
qeyri-etik və qeyri-mədəni davranışa yol verməsi”;
- 1
intizam işi üzrə “vəkilin qabaqcadan təyin olunmuş məhkəmə iclasında hər hansı
üzürlü səbəb olmadan və məhkəmə iclasının təxirə salınması ilə bağlı müraciətinə
təxirə salınmanın üzürlü olması ilə bağlı sübut əlavə etmədən iştirak etməməsi”;
- 1
intizam işi üzrə “vəkilin hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə
tutulan xidmət haqqı ödənilmədən vəkil orderindən istifadə etməsi” halları
intizam pozuntusu kimi qiymətləndirilib.