Cari ilin fevral ayınının 24-də Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində vəkillər üçün “Elektron kabinetdən istifadə qaydaları” mövzusunda distant şəkildə təlim keçirilib.
Təlimin birinci hissəsində Bakı Apellyasiya Məhkəməsinin böyük məsləhətçisi Elnarə Bağırova “Elektron məhkəmə kabineti” mövzusunda məruzə ilə çıxış edib.
İkinci hissədə isə “HGNS Kaunsilor” Vəkil Bürosunun müdiri, Elektron Vəkil Komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil kabineti”, həmçinin, elektron müqavilələrin bağlanması, elektron orderlərin generasiyası və məhkəməyə təqdim edilməsi, o cümlədən elektron vəkil layihələri və s. haqqında məruzə səsləndirib.
Vəkillər Kollegiyasının 32 üzvünün qoşulduğu distant təlimin sonunda "Elektron vəkil kabineti” ilə bağlı suallar cavablandırılıb.