Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının üzvləri üçün növbəti ixtisasartırma təlimləri keçirilib

29 fevral 2024    669 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Akademiyası və Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilib.

Cari ilin fevral ayının 12-də “Kommersiya sahəsində mübahisələrə baxılmasının hüquqi mexanizmləri” mövzusu üzrə distant qaydada baş tutan təlimdə Kollegiyanın üzvü, h.ü.f.d., dosent Mübariz Yolçiyev, fevralın 20-də “Əqli mülkiyyət sahəsində mübahisələrə baxılmasınnı hüquqi mexanizmləri” mövzusu üzrə əyani qaydada keçirilən təlimdə Əqli Mülkiyyət Agentliyinin Hüquq apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük məsləhətçisi Əkbər Əliyev və fevralın 29-da isə “Sosial təminat hüququ və məhkəmə mübahisələri” mövzusu üzrə hibrit qaydada təşkil olunan təlimdə Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev təlimçi qismində iştirak edib.

Təlimdə ümumilikdə 125 vəkil iştirak edib.