Cari ilin mart
ayının 13-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Vəkillərin
İntizam Komissiyasının növbəti iclası keçirilib.
İclasda 19
müraciət əsasında (onlardan 4 müraciət eyni icraatda olmaqla) başlanılan intizam
icraatları üzrə 15 işə baxılb, 5 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb,
10 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:
- 7 intizam
işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;
- 2 intizam
işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması;
- 1 intizam
işi üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ
qaldırılması.
Müvafiq rəy qəbul
edilən işlərin 3-ü fiziki şəxslər, 3-ü hüquq-mühafizə orqanları, 2-si məhkəmələr,
2-si isə qeyri-dövlət təşkilatlarından daxil olan müraciətlər əsasında
başlanılan intizam icraatları üzrə olub.
Vəkilin hərəkətlərində
pozuntunun olması barədə rəy verilən işlərin 2-si fiziki şəxslərin, 2-si hüquq-mühafizə
orqanlarının, 2-si məhkəmələrin, 1-i isə Rəyasət Heyətinin müraciətləri üzrədir.
Hüquq-mühafizə orqanlarından daxil olan 1 müraciət üzrə vəkilin hərəkətlərinə
hüquqi qiymət verilməsinin mümkün olmaması barədə rəy verilib.
Vəkilin hərəkətlərində
pozuntunun olması barədə rəy verilən intizam işlərindən:
- 3 intizam
işində “vəkilin göstərdiyi hüquqi yardımla bağlı qeyri-prosessual münasibətlər
zəminində müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması” (3 vəkillə
bağlı 3 fakt);
- 2 intizam
işində “vəkilin dövlət hesabına müdafiəçisi olduğu şəxsə hüquqi yardımın göstərilməsi
ilə bağlı öz peşə borcunu lazımınca yerinə yetirməyib formal vəkilliyə yol verməsi”
(2 vəkillə bağlı 2 fakt);
- 1 intizam
işində “vəkilin müraciət edən şəxslə müvafiq müqavilə bağlamadan ona mülki iş
üzrə hüquqi yardım göstərməsi” (1 vəkillə bağlı 1 fakt);
- 1 intizam
işində “vəkilin fərdi qaydada fəaliyyət göstərdiyi dövrdə bağladığı müqavilələr
üzrə müəyyən olunan hüquqi yardım haqlarının nağdsız qaydada ödənilməsi ilə
bağlı tələblərə riayət olunmaması və müvafiq ödəniş sənədlərinin təqdim edilməməsi”
(1 vəkillə bağlı 63 fakt) halları intizam pozuntusu kimi qiymətləndirilib.