Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Hüquqi yazıda əsaslandırma qaydaları” adlı təlim keçirilib

18 mart 2024    867 share share

Cari ilin mart ayının 16-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə “Hüquqi yazıda əsaslandırma qaydaları” adlı təlim keçirilib.

Təlimin əvvəlində açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının Akademiyasının rektoru h.e.d., professor Əmir Əliyev təlim iştirakçılarını ARVK Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayaraq təlim iştirakçılarına uğurlar arzulayıb.

Professor çıxışında vəkillik fəaliyyətində hüquqi sənədlərin tərtibatının vacibliyini vurğulayıb, Akademiya tərəfindən bu istiqamətdə maarifləndirici tədbirlərin diqqət mərkəzində olduğunu qeyd edib.

Təlimin əsas hissəsində hüquq üzrə fəlsəfə doktoru Fərhad Mehdiyev tərəfindən hüquqi sənədlərin hazırlanmasında əsaslandırmanın xüsusiyyətləri istiqamətində məruzələr edilib.

Sonda təlimçi qismində çıxış edən F.Mehdiyev vəkillərin çoxsaylı suallarını cavablandırıb, həmmüəllifi olduğu hüquq nəzəriyyəsi dərsliyini Akademiyaya hədiyyə edib.

Xatırladaq ki, təlimdə ARVK-nın ümumilikdə 30 üzvü iştirak edib.