Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasının Akademiyası və Ədliyyə Akademiyasının
birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilib.
Belə ki, car
ilin mart ayının 13-də “Koorporativ hüquqda məhdud məsuliyyət prinsipinin
elmi-praktik əsasları” mövzusu üzrə distant qaydada baş tutan təlimdə h.ü.f.d.
Simran Hüseynov, martın 29-da isə “Cinayət prosessual məcburiyyət tədbirləri”
mövzusu üzrə əyani qaydada keçirilən təlimdə Kollegiyanın üzvü, hüquq elmləri
doktoru, professor Firuzə Abbasova təlimçi qismində iştirak edib.
Böyük maraqla
qarşılanan hər iki təlimdə vəkillərin çoxsaylı sualları cavablandırılıb, mövcud
qanunvericilik tədqiq edilib, nəzəriyyə və praktika arasındakı problemlər təhlil
olunub.
Ümumilikdə mart ayı ərzində ixtisasartırma təlimlərində 104 vəkil iştirak edib.