Aprel ayının 8-də
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti
iclası keçirilib.
İclasda çıxış edən
Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat
verib.
İclas gündəliyinə
uyğun olaraq ADA Universitetində keçiriləcək Hacı Zeynalabdin Tağıyev adına
müsabiqə çərçivəsində bir qrup (5 nəfər) tələbənin “EduEmpower” layihəsi ilə
bağlı dəstək göstərilməsinə dair müraciətinə baxılıb və müvafiq maliyyə dəstəyin
göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.
Sonra iclasda “Azərbaycan Vəkillərinin IV şahmat çempionatı” yarışmasının, habelə “Nə? Harada? Nə zaman?” intellektual oyunu
üzrə “II Vəkil Kuboku”nun təşkil olunması məsələsinə baxılıb və müvafiq qərarlar
verilib.
Bundan başqa,
iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, üzvlük haqqından azad
olunması, vəkil kabinetinin yaradılması, o cümlədən dövlət qulluğunda olması ilə
bağlı vəkillik fəaliyyəti dayandırılan vəkilin vəkillik fəaliyyətinin bərpa
olunmasına dair müraciətinə baxılıb.
İclasın davamında
Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən
müvafiq qərarlar qəbul edilib.
Sonda Kollegiyanın
fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.