Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə diskresion səlahiyyətlər və qiymətləndirmə azadlığı barədə təlim keçirilib

22 aprel 2024    878 share share

Cari ilin aprel ayının 20-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Diskresion səlahiyyətlər və qiymətləndirmə azadlığı əsasında qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi” mövzusunda təlim keçirilib.

Təlimin açılışında Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova iştirakçıları Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayaraq müvafiq mövzuda məlumatlılığın artırılmasının VK-nın əsas məqsədlərindən olduğunu vurğulayıb və təlimin işinə uğurlar arzulayıb.

Hakimlərin Seçki Komitəsinin üzvü, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov çıxış edərək VK-nın üzvləri üçün məruzələr edib. Təlimçi diskresion səlahiyyətlər və qiymətləndirmə azadlığı barədə təlim iştirakçılarına müfəssəl məlumatlar verib, inzibati aktların mübahisələndirilməsi istiqamətində nəzəri və praktik təcrübələri bölüşüb.

Təlimin davamında bu sahədə mövcud problemlər təhlil edilib, təlimçi tərəfindən vəkillərin çoxsaylı sualları cavablandırılıb.

Sonda təlim iştirakçıları sertifikatla təltif olunub və xatirə şəkli çəkilib.

Təlimdə ümumilikdə 30 vəkil iştirak edib.