Cari ilin aprel
ayının 26-da Lənkəran şəhərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası
(ARVK) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEf) Azərbaycandakı
nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqyönümlü hüquqi yardım (Uşaqların
hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)”
mövzusunda növbəti təlim keçirilib.
Təlimdə UNİCEF-in
eksperti, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas-təlimçi Rafiq Alışov
uşaqyönümlü hüquqi yardım sahəsində beynəlxalq standartlar və mexanizmlər,
uşaqyönümlü hüquqi yardımın sosial-psixoloji aspektləri və bu sahədə praktiki fəaliyyət
barədə məruzələr edib.
Lənkəran, Astara və
Masallı vəkil bürolarında fəaliyyət göstərən 14 vəkil və UNİCEF-in Lənkəran
Reabilitasiya Mərkəzinin sosial işçilərinin qatıldığı təlimdə Azərbaycanda və
xarici ölkələrdə yuvenal ədliyyə təcrübəsinin müqayisəli təhlili və
respublikamızda cinayət yaşı üzrə müzakirələr aparılıb, uşaqyönümlü hüquqi
yardım sahəsində rəhbər prinsiplər, eyni zamanda, təhqiqat, ibtidai istintaq və
məhkəmə orqanlarında uşaqyönümlü hüquqi yardıma dair vəkillərin fəaliyyəti
müzakirə edilib.
Sonda vəkillərin uşaq hüquqları sahəsində sualları cavablandırılıb, təlimdə iştirak edən vəkillərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.