Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası (ARVK) və "Femida Könüllüləri" Təşkilatı
arasında bağlanan memoranduma əsasən Femida könüllüləri artıq vəkillik sahəsində
də könüllü fəaliyyət göstərə biləcəklər.
Könüllülər STEP I mərhələsi
üzrə qeyd olunan ərazi vahidlərinin vəkil bürolarında, STEP II mərhələsi üzrə
isə ARVK-nın Aparatı, Kollegiyanın Hüquqi Yardım Mərkəzi və Vəkillər
Kollegiyasının Akademiyasında fəaliyyət göstərəcəklər.
www.fmd.az saytı
vasitəsilə qeydiyyatdan keçərkən “Fəaliyyət sahəsi” qutusundan “Vəkillik” bəndini
seçə bilərsiniz.