Cari ilin may ayının 4-də Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin həyata
keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu”
layihəsi çərçivəsində Kollegiyanın Aparat və qurumlarında çalışan mühasiblər üçün
“Elektron vəkil orderi” mövzusunda distant təlim keçirilib.
Təlimdə Fortiori Vəkil Bürosunun müdiri,
Elektron Vəkil Komitəsinin üzvü Sənan Şirinov tərəfindən məruzələr edilib,
elektron orderin əldə edilməsinin prosedur qaydaları izah olunub, iştirakçıların
çoxsaylı sualları cavablandırılıb.
Təlimdə Vəkil Bürolarından 52 mühasib iştirak edib.