Müasir müstəqil Azərbaycanın memarı və
qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan
olmasının 101-ci ildönümü günüdür.
Mayın 10-da Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasının (ARVK) rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin
məzarını ziyarət edib.
ARVK rəhbərliyi Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla yad ediblər.