Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
101 illiyi münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK)
tərəfindən respublika ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyasının keçirilməsi
ilə bağlı “Açıq qapı” günü elan edilib.
Bununla bağlı olaraq mayın 10-da Bakı
şəhəri “Mərkəz” Vəkil Bürosu, “Pro Bono” Vəkil Bürosu, Sumqayıt Regional Vəkil
Bürosu, Gəncə şəhər 1 saylı Vəkil Bürosu,
o cümlədən Şəki Regional Vəkil Bürosu, Şirvan Regional
Vəkil Bürosu və Astara rayon Vəkil Bürosunun vəkilləri vətəndaşlara pulsuz
hüquqi yardım göstəriblər.
Belə ki, vəkillər tərəfindən 50-dən artıq
vətəndaşa hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib
edilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin
əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması,
pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial
məsələlərlə bağlı olub.
Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.