Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə yol nəqliyyat hadisələri mövzusunda təlim keçirilib

13 may 2024    493 share share

Cari ilin may ayının 11-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə Vəkillər Kollegiyası (VK) üzvləri üçün “Yol nəqliyyat hadisələri ilə bağlı müdafiənin həyata keçirilməsi” mövzusunda əyani təlim təşkil edilib.

Açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev iştirakçıları VK Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb, təlimin işinə uğurlar arzulayıb. Professor çıxışında yol nəqliyyat hadisələri sahəsində qanunvericiliyi təhlil edib, bu sahədə mövcud boşluqlara diqqət çəkib.

Sonra VK-nın üzvü Əli Hüseynov tərəfindən iştirakçılar üçün məruzələr səsləndirilib.

Təlim vəkillərin böyük marağına səbəb olub.

Sonda vəkil Ə.Hüseynov tərəfindən VK üzvlərinin çoxsaylı sualları cavablandırılıb, yol nəqliyyat hadisələri ilə bağlı vəkillərin icraatında olan cinayət işləri təhlil edilib, həmin işlərə rəy və tövsiyələr səsləndirilib.

Qeyd edək ki, təlimdə VK-nın ümumilikdə 65 üzvü iştirak edib.