Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə Rəqabət Məcəlləsinin hüquqi əhəmiyyəti ilə bağlı seminar təşkil edilib

17 may 2024    454 share share

Cari ilin may ayının 14-də Hökumət Evində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) üzvləri üçün “Rəqabət Məcəlləsinin hüquqi əhəmiyyəti”, “Rəqabət mühitinin qorunmasına dair qanunvericilik çərçivəsinin mahiyyəti, təmərküzləşmə əqdlərinə dair tələbləri” və “Məcəllənin qəbul edilməsindən irəli gələrək ortaya çıxan yeni anlayışlar” mövzularında əyani seminar keçirilib.

Seminarda açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev iştirakçıları ARVK Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb, seminarın təşkilinə görə Dövlət Xidmətinin rəhbərliyinə öz minnətdarlığını bildirib. Professor çıxışında rəqabət mühitinin qorunması sahəsində milli qanunvericilikdən danışıb, bu sahədə beynəlxalq təcrübə və mövcud problemlərdən söz açıb, həmçinin Məcəllənin qəbulunun labüdlüyünə toxunub.

Seminarın əsas hissəsində Xidmətin Antiinhisar nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov və Antiinhisar nəzarəti şöbəsinin müdir müavini Şəmsi Rzalı tərəfindən müvafiq sahədə məruzələr səsləndirilib, vəkillərin sualları cavablandırılıb.

Qeyd edək ki, seminarda ümumilikdə 58 vəkil iştirak edib.