Cari ilin may ayının 17-də Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası
keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri
Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun
olaraq Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından daxil olan
müraciətlərə, xarici dövlətlərin Vəkillər kollegiyalarına üzv olmaq istəyən
hüquqşünaslara onların ölkəmizdə vəkilliyə qəbul olunmaları üçün tələblərə
cavab vermələri barədə arayışlara rüsumun tətbiq edilməsi məsələsinə baxılaraq
müsbət qərarlar çıxarılıb.
Sonra iclasda ARVK-nın cinayət yolu
ilə əldə edilən vəsaitlərin leqallaşdırılması və terrorçuluqla mübarizə sahəsi
üzrə səlahiyyətli məsul şəxsinin müəyyən edilməsi qərara alınıb.
Həmçinin dövlət qulluğunda olması ilə
əlaqədar vəkillik fəaliyyəti dayandırılan Cahangir Rəhimovun fəaliyyətinin bərpa
olunması barədə müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.
Bundan başqa, vəkilin barəsində
hüquq-mühafizə orqanlarından birindən daxil olan təqdimata, o cümlədən bəzi vəkillərin
digər vəkil qurumlarına keçməsi, müəyyən müddətdə üzvlük haqqından azad edilməsi,
maddi yardımın olunması, habelə vəkillik fəaliyyəti dayandırılan vəkilin müraciətlərinə
baxılaraq müvafiq qərarlar çıxarılıb.
İclasın davamında Vəkillərin İntizam
Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri
intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən
xaric olunması üçün məhkəməyə müraciət edilməsi, 4 vəkilə töhmət verilməsi, 1 vəkilə
irad tutulması barədə intizam tənbehləri tətbiq edilib, 1 vəkilə isə xəbərdarlıq
olunub.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar
əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.