Cari ilin may ayının 18-də Azərbaycan
Respublikası Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə
kibercinayətkarlıq sahəsində “Rəqəmsallaşma və cinayət prosesi” adlı növbəti
əyani təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev iştirakçıları
Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayaraq onlara
uğurlar arzulayıb. Professor çıxışında kibercinayətkarlıqla mübarizənin
Kollegiyanın diqqət mərkəzində olduğunu vurğulayıb, bu istiqamətdə həyata
keçirilən maarifləndirmə tədbirlərindən söz açıb.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, Kollegiya yanında Kibercinayətkarlıq və Kibertəhlükəsizlik
Komitəsinin sədri, h.ü.f.d., “Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsi”nin
sədri, “Cybercrime Consulting” MMC-nin təsisçisi Asif Mustafayev tərəfindən
“İnternet informasiya texnologiyaları, əməliyyat axtarış və istintaq
tədbirləri”, “Elektron sübut problemi” mövzularında məruzələr edilib, müvafiq
sahədə vəkillərin sualları cavablandırılıb, müxtəlif kazuslar təhlil edilib.
Təlimdə Vəkillər Kollegiyasının ümumilikdə 22 üzvü iştirak edib.