Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Elektron vəkil orderi” mövzusunda növbəti təlim təşkil edilib

20 may 2024    517 share share

Cari ilin may ayının 18-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində Vəkillər Kollegiyasının üzvləri üçün “Elektron vəkil orderi” mövzusunda növbəti distant təlim keçirilib.

Təlimdə “HGNS Counsilor” Vəkil Bürosunun müdiri, “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev tərəfindən məruzələr edilib, elektron orderin əldə edilməsinin prosedur qaydalara vəkillərə əyani formada izah edilib, vəkillərin çoxsaylı sualları cavablandırılıb.

Təlimdə Vəkillər Kollegiyasının ümumilikdə 67 üzvü iştirak edib.