Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası nümayəndəsi CCBE-nin plenar iclasında iştirak edib

21 may 2024    477 share share

Cari ilin 16-17 may tarixlərində İsveçrənin Lozanna şəhərində Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclası və tədbirləri keçirilib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvü Elçin Usub tərəfindən təmsil edilib.

Tədbirin gündəliyinə uyğun olaraq, mayın 16-da CCBE-nin iclasları başlayıb, çıxışlar edilib.

Daha sonra CCBE tərəfindən üzvlər üçün Olimpiya Muzeyinə ziyarət və rəsmi ziyafət təşkil olunub.

Növbəti günü baş tutan plenar iclasda İsveçrə Ali Məhkəməsinin sədri Yves Donzallaz açılış nitqi söyləyərək iştirakçıları salamlayıb. İclasda bir sıra məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub, hesabatlar təqdim edilib.

Eyni zamanda iclasda CCBE-nin gələcək strategiyası, İşçi Qrupu tərəfindən görülən işlər, qurumun prioritetləri, fəaliyyəti və nailiyyətləri barədə məlumatlar verilib, o cümlədən 2024-2027-ci illər üçün gələcək çoxillik prioritetlər üzrə təklifi və digər cari məsələlər müzakirə olunub, müvafiq qərarlar çıxarılıb.

Tədbir çərçivəsində gələcək əməkdaşlığının gücləndirilməsi məqsədilə E.Usub ilə beynəlxalq təşkilatların və Avropanın bir sıra ölkələrinin Vəkillər kollegiyalarının nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi və yeni əməkdaşlıqların perspektivləri barədə müzakirələr aparılıb.