Cari ilin may ayının 25-də Vəkillər
Kollegiyası Akademiyasının (VKA) təşkilatçılığı ilə Kollegiya üzvləri üçün
“Azərbaycan Respublikası məhkəmələrində kolliziya normasının tətbiqi
problemləri” mövzusunda təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən VKA-nın
rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Vəkillər
Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayaraq onlara
uğurlar arzulayıb.
Sonra təlimin əsas hissəsində Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ
kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlizadə Məmmədov məruzələr
edib. Ekspert çıxışında beynəlxalq xüsusi hüquq sahəsində ətraflı təhlillər
aparıb, beynəlxalq və milli qanunvericiliyi müqayisəli təhlil edib, bu sahədə
mövcud problemlər və onların həlli yollarından söz açıb.
Sonda ekspert-təlimçi vəkillərin müvafiq
sahədə çoxsaylı suallarını cavablandırılıb.