Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

28 May - Müstəqillik Günü münasibətilə vətəndaşlara növbəti dəfə ödənişsiz hüquqi yardım göstərilib

28 may 2024    517 share share

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən respublika ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.

Belə ki, mayın 27-də Bakı şəhərində yerləşən “Pro Bono” Vəkil Bürosu (VB), Bakı şəhəri 11 saylı VB, Abşeron rayon VB, Gəncə şəhər 1 saylı VB, Şəki Regional VB, Mingəçevir şəhər VB, Lənkəran rayon VB, Cəlilabad rayon VB, Şəmkir rayon VB və Bərdə rayon VB-nin vəkilləri vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər.

Aksiya çərçivəsində vəkillər tərəfindən 100-dən artıq vətəndaşa hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib edilib.

Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub.

Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.