İctimaiyyətin nəzərinə,
Azərbaycan vəkilliyinin yaranmasının və
fəaliyyətinin tarixi ilə bağlı hazırlanan kitab üçün tədqiq olunası
materialların geniş və səmərəli istifadəsi məqsədilə sizlərdən və tanıdığınız
şəxslərdən xahiş edirik ki, bu tarixə dair sənədlər, vəsiqələr, fotoşəkillər,
döş nişanları, digər təltiflər, o cümlədən Kollegiyaya rəhbərlik etmiş şəxslər
barəsində məlumatlar varsa, bizə göndərəsiniz.
Bu istiqamətdə hər birinizin dəstəyi
olduqca dəyərlidir!
Əlaqələndirici şəxs: VKRH Aparatının hüquqşünas-məsləhətçisi
Əli Mirzəyev (050 853 95 17)
ali.mirzayev@barassociation.az