Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Vəkillik fəaliyyətinin təbliğatı və reklam qadağası” mövzusunda növbəti təlim təşkil edilib

03 iyun 2024    402 share share

Cari ilin iyun ayının 1-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkillik fəaliyyətinin təbliğatı və reklam qadağası” mövzusunda distant təlim keçirilib.

Təlimdə Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü, 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov tərəfindən vəkillik fəaliyyətinin təbliğatının aparılması qaydaları və qadağalar, bu sahədə mövcud beynəlxalq təcrübə, milli və xarici qanunvericiliyin müqayisəli təhlili, reklam və s. mövzularda məruzələr səsləndirilib.

Təlimdə Vəkillər Kollegiyasının ümumilikdə 47 üzvü iştirak edib.