Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
Biznes Hüququ Komitəsinin (BHK) saytı istifadəyə verilib.
Saytda BHK, onun fəaliyyəti barədə
məlumatlar öz əksini tapıb. Eyni zamanda saytda biznes hüququna dair maraqlı
maarifləndirici məlumatlar, məqalələr, bloq yazıları, “amicus curiae” rəyləri
və videomüsahibələr yerləşdirilib.
Saytda naviqasiyaya yardım məqsədilə əsas
bölmələrə keçidləri təqdim edirik:
1. BHK üzvlərinin aktual biznes hüququ
məsələlərinə dair qısa və praktiki bloq yazılarını əhatə edən hüquqi bloq:
https://blc.barassociation.az/web/paper
2. BHK-nın yaranması və missiyası
(https://blc.barassociation.az/web/about), üzvləri
(https://blc.barassociation.az/web/members
- bu hissə yenilənməkdədirir) barədə məlumatlar, xəbərlər bölməsi
(https://blc.barassociation.az/web/blogs/list);
3. BHK üzvlərinin biznes hüququna dair
əvvəllər yazdıqları kitablar (https://blc.barassociation.az/web/books),
məqalələr (https://blc.barassociation.az/web/news) və ictimai çıxışları
(https://blc.barassociation.az/web/speeches). Bütün materiallar müəlliflərin
razılığı ilə dərc edilir;
4. Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) nəşri olan “Bakı Dövlət
Universiteti Tələbə Hüquq Jurnalı” akademik hüquq jurnalından biznes hüququna
aid seçilmiş məqalələr (Azərbaycan və ya ingilis dilində; TEC-in razılığı ilə
dərc edilir): https://blc.barassociation.az/web/news;
5. "Xarici Təhsilli Hüquqşünaslar
Assosiasiyas"ının (FELAS) hazırladığı icmal və rəylər (FELAS-ın razılığı ilə
dərc edilir): https://blc.barassociation.az/web/information/1;
6. BHK üzvlərinin biznes hüququna aid
məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və ya Ali
Məhkəməsinə təqdim etdikləri “amicus curiae” rəyləri:
https://blc.barassociation.az/web/article.
Qeyd edək ki, gələcəkdə saytın daha da
təkmilləşdirilməsi, ona yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur.