Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: AŞ-nın HELP proqramı üzrə təlimçi olmaq istəyən vəkillərin nəzərinə

28 avqust 2018    3444 share share

Avropa Şurasının Azərbaycandakı Ofisi "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" çərçivəsində həyata keçirilən “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” adlı Avropa İttifaqının və Avropa Şurasının Birgə Layihəsi çərçivəsində 21-22 sentyabr 2018-ci il tarixlərdə HELP üzrə (Hüquqşünaslar üçün İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) Təlimçilər üçün Təlim təşkil edəcək. Təlimin məqsədi iştirakçılara HELP təlim metodologiyası barədə ətraflı məlumat verməklə, Avropa Şurasının HELP kurslarını milli səviyyədə apara biləcək yerli təlimçilərin hazırlanmasıdır.

Təlimdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri də iştiraka dəvət olunurlar. Təlim nəticəsində vəkillərə HELP metodologiyası üzrə tədris fəaliyyəti ilə məşğul olmağa icazə verən beynəlxalq Sertifikat təqdim olunacaq və həmin şəxslər HELP təlimçilərinin bazasına daxil ediləcəklər. Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər 19 sentyabr 2018-ci il tarixədək öz CV-lərini Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (orkhan.babayev@barassociation.az) göndərə bilərlər.

Təlimi Avropa Şurasının beynəlxalq ekspertləri Valentina Boz və Suriya Rzayeva aparacaqlar.